Apple İPhone 12-nin təqdim edəcəyi zamanı AÇIQLADI
    • 21-08-2020, 13:43
    • 1 015

Apple İPhone 12-nin təqdim edəcəyi zamanı AÇIQLADI

Dünyaca məhşur Apple şirkəti yeni İphone 12-nin təqdimatına hazırlaşır.

News24.az xəbər verir ki, Apple şirkəti iPhone 12 seriyasının və digər yeni məhsullarının təqdim olunacağı payız tədbirinin keçirilmə tarixini hələ anons etməyib. Lakin şirkət səhvən həmin tədbirin keçirilmə tarixini Youtube kanalında səhvən ortaya çıxarıb. Bu barədə Appleinsider saytı xəbər verib. İnsayderlərin məlumatlarına əsasən, təqdimat tədbirinin güman olunan tarixinin əks olunduğu test məqsədli canlı yayım Youtube servisinin məsləhətlər bölməsində ortaya çıxıb.


Apple şirkətinin həmin canlı yayıma keçidi tez bir zamanda deaktiv edib. Lakin insayderlər onun screenshotunu çəkə biliblər. Beləliklə, təqdim edilmiş fotoya əsasən şirkət öz yeni məhsullarını artıq 10 sentyabr tarixində təqdim edə bilər. 


Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, şirkət bu il iPhone 12 modellərini bir qədər gec təqdim edəcək.


Keçən il iPhone 11 seriyası məhz 10 sentyabr tarixində təqdim olunmuşdu. Qeyd edilmiş tarix cümə axşamına düşür. Lakin şirkət adətən öz təqdimat tədbirlərini həftənin əvvəlində keçirir. Buna görə də ortaya çıxmış bu məlumata bir qədər şübhə ilə yanaşmaq lazımdır. Şirkət ənənə üzrə bu cür məlumat sızıntılarına fikir bildirmir. Bir neçə müddət bundan öncə Apple rəsmi olaraq elan etmişdi ki, bu ilki iPhone modelləri bir qədər gecikmə ilə satışa çıxacaqlar.


Sona Əsgərova