-
- 11-07-2018, 13:33
- 1 156
BİABIRÇILIQ -Kluba girmək istəyən transgenderdən ətəyini qaldırmaq tələb olundu
Sankt-Peterburqda dünən gecə klubunda baş vermiş qalmaqal bu gün medianın gündəmini zəbt edib.
News24.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, özünü 15 yaşından bəri Melissa adlandıran 17 yaşlı transgender Maksim qadın görkəmində gecə klubuna daxil olmaq istəyərkən mühafizəçi onu içəri buraxmaq istəməyib. Səbəb isə şəxsiyyət vəsiqəsindəki görüntü ilə real görüntünün uyğun olmaması olub. 18 yaşı tamam olmadığı üçün Malksim sərbəst şəkildə cins dəyişdirmə əməliyyatı keçirməyə icazə ala bilmir. Bunun üçün o mütləq yetkinlik yaşına çatmaldır. Lakin artıq 2 ildir əməliyyat öncəsi tələb olunan hormonal terapiyanı qəbul edir.
Mühafizəçi Maksimdən tələb edib ki, o qız olduğunu sübut etmək üçün ətəyini qaldırıb genital bölgəsini göstərsin.Daha sonra mühafizəçi Maksimi "əcaib, murdar məxluq" adlandıraraq qovub. İndi Maksim haqqını müdafiə etmək üçün məhkəməyə müraciət etmək niyyətindədir.
"Mən Tatarıstanda yaşayırdım. Orda təhqirlərə məruz qaldığım üçün Peterburqa gəldim, saçımı yandırırdılar, qadın geyimində olduğum üçün mənimlə kobud rəftar edirdilər"- deyə Maksim Salixin bildirib.
İlhamə Rəsulova