Döyülmə iddialarına qarşı tərəfdən cavab - ÖZƏL AÇIQLAMA
    • 24-08-2020, 15:47
    • 1 116

Döyülmə iddialarına qarşı tərəfdən cavab - ÖZƏL AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Teenin (Bəxtiyar Əliyev) birinci həyat yoldaşı şok açıqlamalar verib. 

O, qeyd edib ki, Bəxtiyar tez-tez onu döyürmüş: "Mənə əl qaldırırdı. Bu döymələr hələ bal ayından başlamışdı. Nə edəcəyimi bilmirdim və heç kimə demirdim. Düzdür, mələk deyiləm, amma qadına qarşı zorakılıq yaxşı deyil. Bəxtiyarın ciddi psixoloji problemləri var. Saçımdan tutub, məni yerdə sürüyürdü. Xəstəxanada belə yatdım. 21 yaşım var idi, Bəxtiyar ilk həyat yoldaşım olub. Məni qınayırlar, amma ona ərə gedəndə nə evi, nə maşını var idi. Bir ərəfə ona yalvardım ki, münasibətlərimizi düzəldək, ailəmizi qoruyaq. Sən demə, həmin ərəfədə o, mənə xəyanət edirmiş". 

Faktla bağlı ifaçının meneceri News24.az-a açıqlama verib: "Bu məsələ haqqında nə biz, nə də Bahh Tee şərh vermək istəmirik. Özümüz də  təəccüb içindəyik. Fərqanənin niyə belə danışdığını anlaya bilmirik".

Qeyd edək ki, Bəxtiyar və Fərqanə ötən ilin oktyabrında boşanıb. O, ikinci dəfə Səidə adlı xanımla ailə həyatı qurub. 

Sevda Bayramova