Bakıda marşrut sürücüsünü döyən sərnişin saxlanıldı - VİDEO
    • 26-08-2020, 10:27
    • 538

Bakıda marşrut sürücüsünü döyən sərnişin saxlanıldı - VİDEO

İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta əsasən İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.