DİQQƏT - İtkin düşmüş yaşlı qadın axtarılır
    • 11-07-2018, 14:48
    • 980

DİQQƏT - İtkin düşmüş yaşlı qadın axtarılır

News24.az-ın redaksiyasına Xaçmaz rayonundan müraciət daxil olub. Müraciətdə bildirilir ki, Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iki gün öncə, yəni iyulun 8-də axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Aypəri Şıxaliyevanın qohumları bildirirlər ki, o yaddaş zəifliyindən əziyyət çəkir. Yaxınları Aypəri xanımın haqqında məlumatı olan şəxslərin polisə və ya redaksiyamıza müraciət etməsini xahiş edirlər.

 A.Şıxvəliyevanın əlamətləri: Boyu 155-165 sm., dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir.

Aypəri Şıxaliyeva barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə, 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.