-
- 8-10-2018, 10:00
- 1 764
"Elə bildim ki, müalicəyə imkanı çatmır, nə bilim ki, ev problemi var?" - Xatirə "Toppuş bacı"ya etdiyi köməyə görə peşman olub? - FOTO
Tanınmış müğənni Xatirə İslamın əməkdar artist Tünzalə Əliyeva üçün pul toplaması haqda xəbər vermişdik.
Müğənninin addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Bir çox izləyiciləri Xatirə İslamın "Toppuş bacı"ya kömək etməsini qınayıb. İzləyicilərdən birinin ona "Sizin səsinizə sözüm yoxdur, amma son zamanlar Tünzaləyə görə böyük tamaşaçı kütləsini itirdiniz. Bundan sonra sizi dəyərli bildiyim müğənnilərin siyahısından silirəm" deməsi müğənnini ona cavab verməyə vadar edib.
İzləyicisinə "Niyə sildiniz məni? Pulu yığıb, cibimə qoydum? Yoxsa özümə paltar aldım? Mən elə bildim dərman almağa, müalicə olub sağalmağa imkanı çatmır və bunu etdik. Mən hardan bilim ki, onun ev problemi var? Məni belə şeylərə qarışdırmayın" deyə müğənni bildirib.
//Milli.Az