Heydər Əliyev prospektinin yan yolunda hərəkət məhdudlaşdırılacaq
    • 28-08-2020, 16:35
    • 564

Heydər Əliyev prospektinin yan yolunda hərəkət məhdudlaşdırılacaq

29 avqust tarixində səhər saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a bildirilib ki, bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.
Qurum yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.