Sentyabrın 30-dək həftəsonları ictimai nəqliyyat işləməyəcək
    • 29-08-2020, 10:15
    • 555

Sentyabrın 30-dək həftəsonları ictimai nəqliyyat işləməyəcək

Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

News24.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sərt karantin rejimi tətbiq olunan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aşağıdakı tarixlərdə ictimai nəqliyyat işləməyəcək.

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.