Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar həbs edildi - VİDEO
    • 8-10-2018, 11:06
    • 1 288

Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar həbs edildi - VİDEO

Türkiyədə turistlərə eskort fahişə xidmətləri göstərən iki azərbaycanlı qadın saxlanılıb.
Türkiyənin Mersin şəhərində eskort saytlar vasitəsilə xarici əsilli qadınlara pul qarışılığında fahişəliyə cəlb edən 2 azərbaycanlı qadın həbs olunub. Onlar fahişəlik üçün qadınları Bakıdan Türkiyəyə gətiriblər.

Mersinin Mezitli mahalı Çiftlikköy məhəlləsi, Universitet Prospektində yerləşən bir mənzildə pul qarşılığında fahişəlik edildiyi öyrənən Əxlaq Büro Komandirliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Məlum olub ki, sözügedən mənzilə girib-çıxan kişilər fahişələrlə görüşürlər. Onlar saytlar üzərindən qadınlarla 150 TL qarşılığında intim münasibətdə olublar.

Əməliyyat zamanı 4 azərbaycanlı qadınla birlikdə ümumilikdə 7 nəfər saxlanılıb. Ümumilikdə 2 azərbaycanlı qadın və digər 3 nəfər günahsız olduqları üçün sərbəst buraxılıb.

Azərbaycanlı digər iki S.M. ve I.N. adlı qadınlar, fahişəliyə yer təmin etmək və fahişəlik etdirmək maddəsi ilə məhkəməyə aparılıb. Məhkəmənin hökmü ilə hər iki qadın həbs edilib.


///Unikal.org