Azərbaycan ixracatçılarının yanvar-iyul ayları üzrə reytinqi açıqlanıb - TOP-10
    • 31-08-2020, 13:32
    • 428

Azərbaycan ixracatçılarının yanvar-iyul ayları üzrə reytinqi açıqlanıb - TOP-10

Bu ilin yanvar-iyul ayları üzrə Azərbaycanda həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən News24.az-a verilən məlumata görə, 2020-ci ilin 7 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

1. "SOCAR Polymer" MMC,

2. "Land Lojistic" MMC,

3. "Azerbaijan International Mining Company",

4. "MKT İstehsalat Kommersiya" MMC,

5. "Fruit Store" MMC,

6. "Global Trade Group" MMC,

7. "Sun Food" MMC,

8. "Azagroeksport 2017" MMC,

9. "Baku Steel Company",

10. "Aqrovest" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün" Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və "Suraxanı Maşınqayırma Zavodu" ASC yer alıb.