-
- 8-10-2018, 12:25
- 917
Eynşteynin “Allah Məktubu” hərraca çıxarılır
Dünyanın ən məşhur fiziki olan Albert Eynşteynin ölümündən 1 il əvvəl yazdığı “Tanrı Məktubu”nda Tanrının varlığını və dini açıq şəkildə rədd etdiyi yazılıb. Çox mübahisələrə səbəb olan məktub dekabr ayında hərraca çıxarılacaq.
Eynşteyn 1954-cü ildə yəhudi filosof Erik Qutkində yazdığı məktubda “Tanrı kəlməsi mənə görə insanın gücsüzlüyünün ifadəsi və məhsulundan başqa bir şey deyildir. İncil hörmət etdiyim, ancaq yenə də sadə və bir xeyli uşaqvari gördüyüm hekayələr toplusudur. Heç bir incil hekayəsi mənin bu fikrimi dəyişdirə bilməz. Ən incə izahlar bir-birindən fərqlidir və bunların gerçəkliklərlə heç bir əlaqəsi yoxdur. Mənə görə yahudilik digər dinlər kimi ən uşaqvari boş inancların maddi obyekt şəklinə salınmasıdır və mənsubu olmaqdan xoşbəxtlik duyduğum, düşüncə formasına son dərəcə yaxın olduğum yahudi xalqı da mənim üçün digər millətlərdən fərqli özəl xüsusiyyətlərə malik deyildir... Bu insanlarda “seçilmiş” olduqlarını göstərən heç bir özəllik görmürəm” deyib.
Məktub 2008-ci ildə açıq hərracda 404 min ABŞ dollarına satılmış və ö dövrdə böyük mübahisələr yaratmışdı. 2012-ci ildə eBay-da (internet məkanında ən böyük hərrac formasında alış-veriş həyata keçirən Amerikan şirkəti) hərraca çıxarılan məktub 3 milyon dollar başlanğıc qiyməti ilə satışa çıxarılmış, ancaq alıcı olmamışdır. Hərrac şirkəti Christie”s əməkdaşları Nyu-Yorkda açıq hərracın dekabr ayında olacağını və məktubun 1,5 milyon dollara satılmasını ümid etdiklərini ifadə ediblər.
//afn.az