“Səhər yuxudan ayılıb, ayılmayacağım barədə düşünürəm” – Alla Puqaçova
    • 11-07-2018, 15:22
    • 1 398

“Səhər yuxudan ayılıb, ayılmayacağım barədə düşünürəm” – Alla Puqaçova

Rusiya estradasının primadonnası Alla Puqaçova səmimi açıqlamaları ilə diqqət çəkib. 

Oleq Menşukova müsahibə verən A.Puqaçova illər ərində öz mahnısını dinləmədiyini bildirib:

“Tezliklə səhnədən getməyimin 10 ili tamam olacaq. Lakin mən bu yaxınlarda öz səsimi dinləməyi qərara aldım. Heyrətə gəldim. Fərqində olmadığım səs mənim ruhumun simi olub. Mən oxumaq yox, ancaq mahnı haqda düşünürdüm. Hətta dinlədiyim mahnılarımdan birində ağladım. Heyfslənirəm ki, hazırda bu səs səhnədə yoxdur”.

O, həyat yoldaşından da söz açıb:

“Həyat yoldaşım mənə pul qazanmağa icazə verir. Maddi cəhətdən kişidən asılı vəziyyətdə qalmağa öyrəşməmişəm. Belə həyata öyrəşməmişəm. Bu dəhşətdir”.

Primadonna onu qoca adılandıranlara səslənib:

“Məni qocalmaqda günahlandırırlar. Sanki həmin adamlar özləri yaşlanmayacaqlar. “Bizdə cavanlara yol hər zaman açıqdır. Yaşlılara hər yerdə hörmət var” fikri böyüyən 70 yaşlı xala haqqında “Makiyajsız baxın necə görünür” kimi ifadələri instagramda oxuyur.

İnsangram heç bir işin olmayan zaman istifadə edə biləcəyin maraqlı bir şeydir. Yaşlı olmağım haqda yazılan şərhlərdən bezmişəm. Bəli, mən qocalmışam və bunun heç bir şey edə bilmərəm. Ruhumun cavan olduğunu da iddia etmirəm. Yatanda səhər yuxudan ayılıb, ayılmayacağım barədə düşünürəm”.  

Teymur Məmmədov