"Arxasında "yekə dayısı" olan ingilis dili müəllimi hamıya pul atıb qaçır"- İDDİA
    • 8-10-2018, 15:00
    • 3 214

"Arxasında "yekə dayısı" olan ingilis dili müəllimi hamıya pul atıb qaçır"- İDDİA

Bu gün readaksiyamıza Murad Cəfərov adlı izləyicimiz tərəfindən şikayət daxil olub.

Murad Cəfərovun iddiasına  əsasən, Quliyev Ramil Nadir oğlu adlı şəxs, insanlara ingilis dili müəllimi olduğunu və insanlara yüksək dil bilgisi sertifikatı (İELTS:International English Language Testing System — İngilis dili üzrə beynəlxalq test) verməyə yardım edəcəyini söyləyərək, onlardan külli miqdarda pul alıb, dələduzluqla məşğul olur.

 Belə ki, sözügedən şəxs,  Bakının Səbayıl, Xətai, Nərimanov rayonlarında ingilis dili kursları açaraq insanlara Kanadada təhsillə bağlı vədlər verib. Daha sonra isə onlardan külli miqdarda pul alaraq qaçıb. 

 Deyilənə görə, hazırda həmin şəxsin işi Xətai Rayon Polis idarəsinin 36-cı polis bölməsindədir. Lakin, arxasında  yüksək vəzifəli polis məmuru dayanan ingilis dili müəllimi sehirli əllərin yardımı ilə məsuliyyətdən kənarda qalır.

 Redaksiyamıza müraciət edən şikayətçi özünə  onun tərfindən 1350 manat dəyərində ziyan dəydiyini bildirib.

Şikayətin ardından Quliyev Ramil ilə əlaqə saxladıq. O haqqında çıxan ittihamların yalan olduğunu, Murad Cəfərov adlı şəxsi tanımadığını və həmin şikayətçinin özü ilə əlaqə saxlamasını tələb etdi.

Məsələyə aydınlıq gətirmək üçün Xətai Rayon Polis idarəsinin 36-cı polis bölməsi ilə əlaqə saxladıq. Zəngimizə cavab verən əməkdaş bu barədə məlumatının olmadığını və DİN-in mətbuat katibi ilə əlaqə saxlamağımızı istədi. DİN ilə əlaqə saxlamaq istəyimiz baş tutmadı, çünki dəflərlə edilən zənglərə təəssüf ki, cavab verilmədi.
Məsələylə bağlı araşdırmalarımız davam edəcək.Qarşı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq.

Şəlalə Ağayeva