-
- 8-10-2018, 13:40
- 1 110
Deputatlar məmurları niyə vəzifədə olanda tənqid etmirlər? – AÇIQLAMA
Deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.
O bildirib ki, onun fəaliyyəti çox bərbad olub: "Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına çaxır buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsa, normal işləyər”.
Deputatın bu açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox şəxs deputatları tənqid edib ki, məmurlar vəzifədə olanda onları tənqid etmirlər, yalnız işdən çıxarılandan sonra fikirlərini bildirirlər.
Bəs görəsən hansı səbəbdən məmurlar vəzifədən azad edildikdən sonra onların fəaliyyəti daha çox tənqid olunur?
Məsələyə Milli Məclisin deputatı Vahid Əhmədovun özündən münasibət öyrəndik.
Millət vəkili bildirib ki, bu sözlər ona şamil oluna bilməz və o Rüfət Aslanlı hələ vəzifədə olanda onu kəskin tənqid edənlərdən biri olub:
"Mən Rüfət Aslanlı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri olanda onun fəaliyyəti ilə bağlı mənfi məqamları Milli Məclisin tribunasından səsləndirmişəm. Vəzifəyə təyin ediləndən iki ay sonra mətbuatda onun fəaliyyətini kəskin tənqid edənlərdən biri olmuşam. Birmənalı şəkildə bildirmişəm ki, o təyin olunandan sonra Palatanın fəaliyyətində ciddi dönüş yaranmadı. Bank sektorunda sağlamlaşma prosesi getmədi. Maliyyə qurumları arasında, o cümlədən Mərkəzi Bankla Maliyyə Palatası arasında müəyyən problemlər yarandı. Cənab Prezident çox düzgün qərar qəbul etdi və onu vəzifəsindən azad etdi. Əslində o 6 ay öncə vəzifəsindən azad edilmişdi və biz qurumun icraçı direktoru ilə əlaqə saxlayırdıq”.
"Başqa hansı məmur var ki, yarıtmaz fəaliyyətinə görə vəzifədən azad edilməlidir” sualına cavabında Milli Məclisin deputatı bu barədə danışmaq istəmədiyini dedi: "Mən bu barədə danışmaq istəmirəm. Cənab Prezident gözəl bilir ki, kim yerindədir, kim yox. Bununla bağlı qərarları da dövlət başçısı verir”.
//Azxeber.com