-
- 11-07-2018, 15:37
- 2 121
Öldürülən polislər şəhid sayılırmı? – Hacı Şahin cavab verir
Gəncədə törədilən ixtişaşlara iki yüksək rütbəli polisimiz qurban getdi. Verilən xəbərlər görə, polisləri öldürənlərdən biri Kərbala ziyarətində olub və dini radikal qruplaşmanın üzvüdür. Bu cür insanları yetişdirən, arxasında dayanan dəstək olan qüvvələr kimlərdir?
Məsələylə bağlı Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi Hacı Şahin Həsənliylə əlaqə saxladıq.
Hacının sözlərinə görə, “ Onların hansı ziyarətə gedib gəlməsinin dinlə heç bir əlaqəsi yoxdur. Din insanları sülhə, barışığa dəvət edir, günahsız insanları qətlə yetirməyə, qarşıdurma yaratamağa yox. Bu kimi ünsürlər özlərini dindar kimi təqdim etsələr də hamiya məlumdur ki, onların dinlə heç bir əlaqəsi yoxdur. Bu sırf kirminal ünsürlərdir və dinlə pərdələnirlər ki, öz cinayətlərinə müqəddəslik libası geyindirsinlər. İnsanların inancından sui-istifadə etsinlər” deyə bildirib.
“Şəhidlik statusu necə verilir? “ sualına Hacı Şahin belə cavab verib.
“İnsan haqq uğrunda,vətən yolunda öldürülürsə, öz xidməti vəzifəsini icra edərkən xalqını, millətini qoruyarkən dünyadan köçürsə, şəhid hesab olunur. Şəhid adı müqəddəs amallar uğrunda ölən insanlara verilir”
Elvin Nüsrətoğlu