Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
    • 5-09-2020, 10:07
    • 1 053

Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb

Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruçuq kənd sakini Fərhad Nəmətova məxsus fərdi evin həyətindən müvafiq sənədləri olmayan  bir ədəd “İj” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.