-
- 9-09-2020, 17:12
- 995
Bakı polisi razılaşdırılmamış küçə yürüşü ilə bağlı məlumat yaydı
Sentyabrın 9-da saat 15.00 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.
Bakı Şəhər Baş Polis İdarəsindən News24.az-a verilən məlumata görə, ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.
Saxlanılan və ya həbs edilən olmayıb.