Səməd Seyidov: "Ermənilər müzakirədən qaçdı"
    • 14-09-2020, 12:38
    • 811

Səməd Seyidov: "Ermənilər müzakirədən qaçdı"

“Ermənilərin Azərbaycanın işğal edilən ərazilərinə köçürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunması üçün qərar qəbul etmişik”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib.

“AŞPA Prezidentinə və Baş katibinə də müraciət etmişik. AŞPA-da bu məsələnin müzakirə edilməsindən isə ermənilər qaçdı. Biz onların siyasəti ilə tanışıq“, - o əlavə edib.