-
- 16-09-2020, 12:42
- 2 327
Dilçi-alim: 12 yaşdan aşağı uşaqlara BAŞQA DİL ÖYRƏTMƏK CİNAYƏTDİR
Son zamanlar Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkədəki rusdilli məktəblərinin bağlanmasına səsləyən şəxsləri tənqid edib. O qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.
Ç.Abdullayev xarici kanallarda demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da qeyd edib. O, fərqli dillərdə məktəblərin sayının artmasına və uşaqlara xarici dilləri öyrənmək imkanı yaratmağa çağırıb.
Qeyd etməliyik ki, onunla eyni fikirdə olan insanlar da az deyil.
Yazıçının bu mövqeyindən sonra cəmiyyətdə müxtəlif fikirlər ortaya çıxıb. Əks qütbdə olanlar hesab edir ki, dil öyrənməklə rus dilində təhsil arasında fərq çoxdur. Bütün məktəblərdə rus sektorunun olması düzgün deyil və kütləvi şəkildə tədris olunmamalıdır.
Ümumən dilçilikdəki problemlər və bu məsələ ilə bağlı suallarımıza cavab tapmaq üçün News24.az olaraq dilçi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli ilə həmsöhbət olduq.
Professor Fəxrəddin Veysəlli ilə müsahibəni təqdim edirik:
- Bilirik ki, dilin lüğət tərkibinə zamanla xeyli sayda yeni sözlər daxil olur, işləkliyini itirən müəyyən sözlər isə sıradan çıxır. Bəs elmi, texniki tərəqqi ilə bağlı dilimizə daxil olan alınma sözlər hansısa dəyişikliklərə, dilin saflığının pozulmasına gətirib çıxara bilərmi?
- Əvvəlki müsahibələrimin birində demişdim ki, dil ehtiyac yarandıqda, yeni sözlərə əl atır. Dilin özünün yeni söz yaratmağa gücü çatmadığı təqdirdə hazır söz kimi başqa dildən qəbul edir. Bizim dil bu baxımdan çox çevikdir. Hər kəs Azərbaycan dilinin gözəlliyini, saflığını gözləməlidir. O, fikirləşməlidir ki, bu dilə başqa dilin elementlərini qatanda dil öz gözəlliyini itirir. Hesab edirəm ki, bizim dilimizin kifayət qədər güclü, qüdrətli və yeni söz yaratmağa imkanı var. Dünyada təmiz olan bir dil yoxdur.
- Televiziya və radioda dilimizin mövcud vəziyyətini necə qiymətləndirirsiniz?
- Dilin işlənməsi bilavasitə səslənməsi ilə bağlıdır. Radio və televiziyada biz bunun daha düzgün və əyani formasına şahid olmalıyıq. Təəssüflər olsun ki, bizdə çox vaxt kampaniya xarakterli işlər görürlər. Zənnimcə, dilin təmizliyini qorumaq üçün hər zaman tədqiqatlar aparmaq lazımdır. Televiziyada intonasiya, vurğu, deyiliş tərzi önəmli nüanslardır. Sərhədin digər tərəfində olan qardaşlarımız belə bizim dilimizə, danışığımıza baxırlar. Dil bu gün təkcə radio, televiziya və ya auditoriyada yox, həm də ikitərəfli, yaxud çoxtərəfli danışıqlarda çox ciddi mübadilə vasitəsidir. Fikrin ən düzgün ifadəsini biz radio və televiziyada eşitməliyik.
- Beynəlxalq tədbirlər və ya təşkilatların adları Azərbaycan dilində hansı normalara əsasən və necə səslənib yazılmalıdır? Məsələn “Eurovision”, UNESCO, Avro və s.
- Hər yerdə öz dilimizin təmizliyini qorumalıyıq. Nümunə üçün “AZAL” sözünə ciddi şəkildə etiraz edirəm. Bu abreviaturanın açılışı rus dilinə əsaslanır. Bizim dilimiz kifayət qədər zəngindir. Qısaltmalarda, yeni yaranan sözlərdə, beynəlxalq tədbirlərin adlarında hər zaman çalışmaq lazımdır ki, Azərbaycan dilinin imkanlarından istifadə edək. Məsələn, “avro” sözünə bizdə bir çoxu “yevro” deyir. Bununla razı deyiləm. Niyə “yevro” deyilməlidir? Sözün kökü Avropa sözündən gəlir. Buna görə də avro deməliyik. Həmçinin, dünyaca məşhur musiqi yarışmasının adı bizdə “Avroviziya” kimi səslənməlidir.
- “Azəri” deyimi ilə bağlı son zamanlar yarı zarafat, yarı ciddi fikirlər səsləndirilir. İranda yaşayan fars köklü bir tayfanın adı olduğu bildirilir. Versiyalara görə, bu deyimin səslənməsi ziyanlıdır və siyasi xarakter daşıyır. Bu sözü işlətmək nə dərəcədə doğrudur?
- Sözün gəlməsinə qəti şəkildə sipər çəkmək olmaz. Biz Avropada özümüzü təqdim etdiyimiz zaman Azərbaycan deyəndə çoxu anlamır. Azəri deyən kimi hər kəs anlayır. Alman şairi Qötenin bu mövzu ilə bağlı gözəl bir fikri var. O deyir ki, dilin qüdrəti gələn sözləri geri qaytarmasında yox, qəbul edib, özünüküləşdirməsindədir. İngilis dilinə baxsaq görərik ki, orada yunan, fars, latın mənşəli sözlərdən ibarət minlərlə söz var. Amma onlar həmin sözləri müasirləşdirib, öz dillərinə uyğunlaşdırıblar. Bu baxımdan məsələyə yanaşsaq, ehtiyatlı davranmamılıyıq. Dil və söz uyğunlaşırsa, onu işlətməliyik. Keçmiş dövrdə hansı mənada işlənməsinin nə əhəmiyyəti var ki? Burada psevdo-qəhrəmanlıq göstərmək lazım deyil. Dil özü hər şeyi həll edir.
- Rus sektorunu bitirən şəxslərin Azərbaycan dilində danışarkən çətinlik çəkdiyini görürük. Bəzən isə ümumiyyətlə danışa bilmirlər...
- Gürcülərdən nümunə demək istərdim. Onlar öz dillərinin fədailəridir. Bizimkilər isə ağzını açan kimi başlayır rus dilində danışmağa. Elmi cəhətdən artıq sübut olunub ki, 12 yaşına qədər uşağa başqa dili öyrətmək cinayətdir. 12 yaşından sonra ikinci, üçüncü və digər dilləri öyrətmək olar. Bütün elm aləmi bunu birmənalı şəkildə qəbul edir. Amma bizdə 2-3 yaşından uşağı rus dilində bağçaya qoyurlar. Niyə uşaqları soykökündən ayırırsınız? Araşdırmalarıma əsasən 50 milyona yaxın adam Azərbaycan dilində danışır.
Bizim nazirliyin bu sahədə apardığı siyasəti qəti şəkildə pisləyirəm. Keçmiş Təhsil naziri Ceyhun Bayramov rus məktəblərinin sayının artması ilə fəxr edirdi. Azərbaycan dövləti bu xalqındır və azərbaycandillidir. Məcbur olub, niyə başqa dildə danışmalıyıq ki?
- Son zamanlar övladının rus dilində təhsil almasını istəyən vətəndaşların sayı artıb. Həmçinin xidmət sektorunda, xüsusilə, bahalı iaşə obyektlərində rus dilinin üstünlük təşkil etdiyini görürük. Səbəb soruşduqda tələbatın belə olduğu bildirilir. Bundan əlavə, xidmət sektorunda öz dilimizdə çalışan insanlara daha az maaş verilir, nəinki digər dillərdə danışanlara. Bu, nədən qaynaqlanır?
- Başqa dillər bilmək şərəfdir, lazımdır. Ancaq Azərbaycan dilini qısıb, başqa dili üstün tutmaq milli qeyrətsizlikdir. Bunun başqa adı yoxdur, şərəfsizlikdir. Azərbaycan türkü azərbaycan dilində təmiz və dolğun danışmağı bacarmalıdır. Başqa dillərə meyil həm də iqtisadi cəhətdən əsaslandırıla bilər. İqtisadiyyatı qüdrətli olan ABŞ bütün dünyada ingilis dilinin yayılmasının əsas səbəbkarıdır. İngiltərə özü-özlüyündə bu dilin carçısı deyil.
Birinci növbədə hər kəs öz ana dilində, Azərbaycan türkcəsində danışmağı bacarmalıdır. Müəssisə rəhbəri öz milli-mənafeyini hər şeydən üstün tutmalıdır. Milli-mənafeyi gözləmək şəxsiyyətin özünün hansı formada yetişməsindən asılıdır. Yetişməyən şəxsiyyətdən nə tələb edə bilərik? Dilin aparıcı olduğu yerlərdə Azərbaycan dili ana dili kimi fəaliyyət göstərməlidir.
- Bu yaxınlarda Tacikistanın soyadların sonuna əlavə edilən “ov”, “yev” və bu tipli şəkilçilərdən imtina etdiyini gördük. Soyadlarla bağlı məsələdə sizin mövqeyiniz nədir?
- Bir azərbaycanlı başqa etnosa xas olan şəkilçini gəzdirməməli, daşımamalıdır. Mənim soyadım Veysəlov idi. Hamı məni elə tanıyırdı. Buna baxmayaraq, qəti şəkildə belə qərara gəldim ki, öz xalqıma məxsus olan soyadı daşımalıyam. Bir etnosun nümayəndəsi başqa bir etnosun soyadını daşıması gülüncdür.
- Müşahidələrimizə əsasən, deyə bilərik ki, bəzi məmurlar Azərbaycan dilində danışarkən xeyli çətinlik çəkir. Bu nədən irəli gəlir və sizin bu məsələyə münasibətiniz necədir?
- Məmuru vəzifəyə təyin edərkən, baxmaq lazımdır ki, o, öz ana dilini bilir, ya yox. Öz ana dilini bilməyən məmur hansı xalqa xidmət edəcək? Hıqqana-hıqqana danışırsa, çətinlik çəkirsə, göndərmək lazımdır ki, getsin soyadını dəyişsin və öz ana dilini öyrənsin. Cəlil Məmmədquluzadə “Anamın kitabı” əsərində bu mövzunu çox gözəl təsvir edib. Ailədəki üç uşaq hərəsi bir dildə – fars, rus və türkcə danışır. Ana da bilmir hansına qulaq assın və hansı dildə əzizləsin.
Hansısa məmuru işə qoyarkən onun qarşısında şərt qoymaq lazımdır ki, Azərbaycan türkcəsində səlist danışmağı bacarsın. Nəinki danışmaq, həm də başa düşsün. Bəzən görürsən bir məmur çıxış edir, amma başa düşmürsən hansı dildə danışır. Adam mat qalır, bilmirsən bu adam azərbaycanlıdır, ya yox. Bizdə kadr siyasəti müəyyən mənada ələkdən keçirilməlidir.
- Son olaraq sizin fikrinizcə, dilçiliklə bağlı əsas problemlər nədən ibarətdir və bu məsələlər necə tənzimlənməlidir?
- Zənnimcə, Azərbaycan dilində tərcümələrin sayını artırmaq lazımdır. Xüsusilə, elmi əsərlərin tərcüməsi Azərbaycan dilinə çox lazımdır. Dünya dilçiliyində alman, fransız, ingilis, rus və s. dillərdə yüzlərlə kitab var. Bizdə Tərcümə Mərkəzləri bədii əsərlərin tərcüməsinə üstünlük veirir. Hesab edirəm ki, sahə ədəbiyyatına diqqət ayrılmalıdır. Radio və televiziyanın imkanlarından istifadə etmək lazımdır. İndi heç də hamı kitab oxumaq istəmir. Auditoriyada hərənin əlində bir telefon görürəm. Şəxsiyyətlərinə toxunmamaq üçün irad bildirə bilmirəm. Bu məsələdə respublika miqyasında bir tədbir görülməlidir. İctimai yerlərdə, kinolarda, dərslərdə, auditoriyalarda telefondan istifadə qadağa olunmalıdır. Bu yolla müəyyən mənada təhsilə diqqəti artıra bilərik. Mən mütaliəni artırmağı məsləhət görərdim.
Məhərrəm Əliyev
Foto/Video Fərid Şabanov