Dünyaca məşhur aktrisanın Trampa yazığı gəldi:
    • 15-09-2020, 10:30
    • 384

Dünyaca məşhur aktrisanın Trampa yazığı gəldi: "Bu insana baxıram və..."

Dünyaca məşhur aktrisa Şeron Stoun ABŞ prezidenti Donald Tramp haqda amıqlama edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa açıqlamasında Donald Trampa yazığı gəldiyini bildirib. O qeyd edib ki, ABŞ prezidentində uşaqlıq travması var:"Bu insana baxıram və mənə elə gəlir ki, travması nə olursa olsun, əziyyət çəkir və özünə zərər verir".

Aktrisa bildirib ki, bu fakt Donald Trampı dəstəkləyənlərə təsir edə bilər. Onun fikrincə, Tramp tərəfdarlarının daxili qəzəbi çox yüksəkdir. və bu qəzəbin özünə inamsızlıq və ağrı hisslərindən qaynaqlanır.