Jurnalistlərin üçüncü binası ilə bağlı yayılan məlumatlar həqiqəti ƏKS ETDİRMİR
    • 22-09-2020, 12:26
    • 484

Jurnalistlərin üçüncü binası ilə bağlı yayılan məlumatlar həqiqəti ƏKS ETDİRMİR

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) jurnalistlər üçün inşa olunmuş üçüncü binadakı mənzillərin verilməsi ilə bağlı prosesin yaxın zamanlarda başlayacağı, ilkin mərhələdə 50 jurnalistə mənzil hədiyyə ediləcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

News24.az APA-ya istinadən xəbər verir ki, KİVDF-nin mətbuat katibi İlkin Nadirov deyib ki, hələ ki, inşa olunmuş üçüncü binadakı mənzillərin jurnalistlərə verilməsi məsələsində heç bir yenilik yoxdur.

Bu barədə hər hansı informasiya olsa, ictimaiyyətə məlumat veriləcəyini söyləyən İ. Nadirov  qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.