-
- 22-09-2020, 17:24
- 2 199
Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də “AÇIR SANDIĞI, TÖKÜR PAMBIĞI”
“Şişirdilmiş, əsası olmayan fikirlər cəmiyyətdə xof yaradır. Hazırda gedən proseslərə görə heç bir narahatlığa əsas yoxdur”.
Bunu News24.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Şair Ramaldanov səfərbərliklə bağlı təlim toplantısını belə şərh edib: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən hərbi vəzifəliləri ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıb. Planlı şəkildə keçirilən bir təlimdir. Bütün dövlətlərdə səfərbərlik təlim toplantısı keçirilir. Sadəcə olaraq hər il irimiqyaslı təlimlər olduğu üçün Azərbaycanda belə geniş formada səfərbərlik keçirilməyib. Adətən səfərbərlik təlimlərinə çağırılan ehtiyatda olan hərbi qulluqçular bir-iki gün təlimdə iştirak edib qayıdırdılar. Təlim isə üç-dörd gün çəkirdi. Səfərbərlik toplantısının planları və qarşıda qoyulan məqsədləri var. Səfərbərlik toplantısı neçə gündür harada keçirilir, hansı hərbi vəzifəlilər çağırılıb – bunlar hərbi sirr və məxfi məlumatlardır”.
Polkovnik vurğulayıb ki, sosial şəbəkələrdə bilən də, bilməyən də açır sandığı, tökür pambığı: “Cəmiyyət bu məsələdə narahatdır. Sosial şəbəkədə bəziləri elə danışır ki, sanki bütün planları onlar hazırlayıb və işin mütəxəssisidirlər. Şişirdilmiş, əsası olmayan fikirlər cəmiyyətdə xof yaradır. Hazırda gedən proseslərə görə, heç bir narahatlığa əsas yoxdur. Səfərbərlik toplantısı nəzərdə tutulan planlar üzrə həyata keçirilir. Bu toplantının nə Tovuz hadisələrinə, nə PKK-ya nə də başqa hadisələrə aidiyyatı yoxdur”.
Şair Ramaldanov PKK və digər terror qruplarının Dağlıq Qarabağ ərazilərinə köçürülməsi ilə bağlı bunları deyib: “İşğal olunmuş Azərbaycan torpaqlarında yaşayan ailələr və Suriyadan Dağlıq Qarabağa gətirilən ermənilərin çoxu Aprel hadisələrindən sonra şərtlərlə razılaşmadıqları üçün oradan köçüb. Ermənistanın Xarici İşlər Naziri Yaxın Şərqdə səfərdə olub, erməni diasporaları və PKK üzvləri ilə görüşlər keçirib. Bu görüşlərin də məqsədi odur ki, ermənilər PKK və digər terror qruplarının üzvlərini Dağlıq Qarabağda Azərbaycana qarşı istifadə etsin və yaşayış məntəqələrində olan boşluqları doldursunlar. Onların bu təcrübəsiı hələ ki müsbət nəticələr verməyib. Çünki Suriyadan gələn qaçqınlar Avropada olan münasibəti Dağlıq Qarabağda görmürlər. Bu isə özlüyündə müəyyən bir problemlər yaradıb.
Hazırda Ermənistana diasporalar yolu ilə muzdlu əsgərlərin və PKK üzvlərinin cəlb edilməsi ilə bağlı məlumatlar var. Məqsədli şəkildə bu proses icra olunur. Azərbaycan Prezidenti isə lazımi xəbərdarlığı edib. Bütün beynəlxalq qurumlara mesajlar verilib ki, Azərbaycan Ermənistanın təxribatlarının qarşısını almaqla yetinməyəcək və hansısa təxribat törədildiyi təqdirdə, anti-terror əməliyyatına keçərək. Ordumuz işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü təmin edəcək.
Hazırda nəyisə proqnozlaşdırmaq çətindir. Vəziyyətlə bağlı hazırda həm Azərbaycan dövləti, həm Müdafiə Nazirliyimiz, həm də digər qurumlar öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirirlər”.
Məhərrəm Əliyev