İtaliyada Ronaldoya görə tətil başladı
    • 11-07-2018, 18:18
    • 2 102

İtaliyada Ronaldoya görə tətil başladı

Futbol Ulduzu Kriştiano Ronaldonun "Yuventus" klubuna transfer olacağı barədə xəbər vermişdik.

News24.az xəbər verir ki, hazırda İspaniyanın "Real" klubunda oynayan Kriştiano Ronaldonun İtaaliyanın "Yuventus" klubuna  bahalı trsansferi italyanları möhkəm əsəbləşdirib.  

"Yuventus" bu transfer  müqabilində 2 il  “Real”a 100 milyon avro ödəyəcək. Dörd illik müqaviləyə qol çəkən futbolçunun illik maaşı isə 30 milyon avro olacaq.

 Ölkənin “Fiat” avtomobil konserninin əməkdaşları Ronaldonun  transferinə etiraz olaraq tətil elan ediblər.Konsernin əməkdaşları ulduz futbolçunun alınması üçün ödənilən vəsaiti israf hesab edirlər. Onlar "Bizim maaşlarımız artırılmır, bir nəfər üçün milyonlar xərclənir"kimi şüarlarla çıxış ediblər.İşçilər Ronaldonun illik əmək haqqının qəbuledilməz olduğunu da bəyan ediblər.

Niyə məhz “Fiat” konserninin işçilərinin tətil etməsinə gəlincə, onu demək lazımdır ki, “Fiat” “Yuventus”un sahibi olan “Exor” holdinqin tərkibindədir.  

İlhamə