11 yaşlı qıza təcavüz etmək istədi...
    • 10-10-2018, 10:25
    • 1 055

11 yaşlı qıza təcavüz etmək istədi...

Tovuz rayonunda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxsin adı məlum olub.

"Bu şəxs əvvəllər məhkumluq həyatı yaşamış, Tovuz rayon sakini, 1971-cü il təvəllüdlü Raqib Vaqif oğlu Mehrəliyevdir. O, ötən gün sərxoş halda olarkən Yuxarı Öysüzlü kəndində hazırlıqdan qayıdan 2 yeniyetmə qızın qarşısını kəsib və onlara hədə qorxu gələrək təcavüz etmək istəyib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.