Ceyhun Bayramov: "XİN Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını məlumatlandırıb”
    • 28-09-2020, 11:20
    • 520

Ceyhun Bayramov: "XİN Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını məlumatlandırıb”

“Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan atəşkəs rejimini növbəti dəfə pozub, hərbçilərimiz və mülki şəxslər arasında həlak olan və yaralananlar olub ”.

News24.az-ın məlumatına görə, bunu bu gün keçirlən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Azərbaycan Ordusu əks-həmlə tədbirləri görüb: “Xarici İşlər Nazirliyi məsələ ilə bağlı xarici ölkələrin müvafiq qurumlarını məlumatlandırıb”.