Təhsil Nazirliyi AÇIQLADI: Dərslər bu formada həyata keçiriləcək
    • 28-09-2020, 11:38
    • 404

Təhsil Nazirliyi AÇIQLADI: Dərslər bu formada həyata keçiriləcək

"Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər şəhər və rayonların ümumi təhsil müəssilərində dərslər əyani formada davam edəcək".

News24.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən distant (məsafədən) dərslərdə müəyyən fasilələr ola bilər.

Bildirilib ki, şagirdlər hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləmələri tövsiyə olunur.