Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb
    • 28-09-2020, 11:54
    • 477

Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.

News24.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nümayəndələrə düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumat verilib.