-
- 10-10-2018, 12:33
- 1 260
Simurqa çevrilən "Sərçə" və ya Edit Piafın ağır həyatı - VİDEO
“Ruhunu qorumayan başqa birini tanımıram. O, ruhunu xərcləmirdi, israf edirdi. Sanki qızılı pəncərədən çölə atırdı”
Fransız yazıçısı, dramaturq Jan Kokto
Fransız yazıçısı, dramaturq Jan Kokto
Bu gün Edit Covanna Qasson və ya bütün dünyanın “Sərçə” adlandırdığı Edit Piafın ölüm günüdür.
Kasıb ailədə doğulan, körpə vaxtlarından ailəsi tərəfindən atılan, eyni zamanda bütün dünyaya öz səsini sevdirməyi bacaran Edit Piaf.
Onu son mənzilə yola salmaq üçün izdiham toplaşmışdı. İfaçının yaxın dostu həmin gün barəsində
“Mən, İkinci Dünya müharibəsindən bəri Parisdə bu qədər adamın bir yerə toplaşdığını görməmişdim" deyib.
1.Edit Piaf 1915-ci ildə Parisin qaranlıq və kasıb küçələrindən birində yerləşən 72-ci evin pilləkənlərində dünyaya gəlib. Doğuşu xidmət göstərən jandarm qəbul edib.
2.Kabare ifaçı olan anası onu 2 il sonra nənəsinin himayəsində qoyaraq tərk edib. Lakin ifaçının nənəsi içki alüdəçisi olduğu üçün, körpə Editə süd əvəzinə şərab içirdirdi. Bundan xəbər tutan atası onu fahişəxana rəhbəri olan doğma anasının yanına aparıb.
3.Editin 3 yaşı olanda görmə qabiliyyətini itirdiyi məlum olub. Əfsanəyə görə, uşağın nənəsi onu müqəddəs Terezanın qəbrini ziyarət etməyə aparıb və onun qəbrindən götürdüyü torpağı Editin gözlərinə bağlayıb. Bununla da gələcəkdə “Bütün dünyanın sərçəsi” adlandırılacaq Edit görməyə başlayıb.
4.O, 9 yaşında artıq ifa etməyə başlamışdı. 15 yaşında isə küçələrdə sərbəst çıxış edirdi. 17 yaşında Lui adlı şəxsə aşiq olur və ondan Marsel adında qız övladı dünyaya gətirir. Lakin, körpə 2 yaşında meningit xəstəliyindən dünyasını dəyişir. Sevgilisindən ayrılan Edit bir daha övlad sahibi olmayıb.
5.Piaf adını ifaçıya Lui Leple adlı kabare sahibi verib. Məhz o Edit Piafa ilk böyük uğuru gətirib. 1936-cı ildə ilk diski yazdıran ifaçı qətl törətməkdə günahlandırılıb. Belə ki, Edit Piafı məşhur edən L.Leplenin öz yatağında öldürülmüş bədəni tapılıb. Piafın aşiqlərindən biri polisə açıqlamasında bunu ifaçının etdiyini deyir. Lakin, araşdırmalar zamanı polislər bunu sübuta yetirə bilməyiblər.
6.Məşhur boksçu Mişel Serdana olan sevgisi “Sevgi himni” mahnısını ölümsüzləşdirir. 1949-cu ildə Nyu-Yorkda qastrol səfərində olan Editin yanına yollanan M.Serdananın təyyarəsi Atlanltik okenanın üzərində qəzaya uğrayır. Dərin hüzn və kədər içində olan ifaçı morfi qəbul etməyə başlayır.
7.1953-cü ildə avtomobil qəzasına düşən Edit Piafa növbəti dəfə morfi müalicəsi yazırlar. Çünki qəza zamanı onun bədənində çox sayda sınıqlar yaranmışdı.
8.1955-ci ildə o, artıq detoks prosedurlarından keçir və bir müddətlik də olsa, morfi asılılığından canını qurtara bilir. Bir neçə dəfə ailə həyatı quran və aşiq olan Edit Piaf sonuncu sevgisini unuda bilmir. Həmin vaxt isə onun karyerasının yüksələn dövrü idi.
9.“Bütün dünyanın sərçəsi” 47 yaşında dünyasını dəyişib. Onun orqanizmi xəstəliklərin basqısı, həyat əzablarının qarşısında tab gətirə bilməyib.
Teymur Məmmədov