Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var - Fotolar
    • 29-09-2020, 18:49
    • 462

Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var - Fotolar

Ermənistan ordusu yaşayış məntəqələrini hədəf alması nəticəsində daha iki mülki vətəndaşımız yaralanıb.

News24.az Qafqazinfo-ya istinadən verdiyi mılumata görə, bunlar 1936-cı il təvəllüdlü Qazyan kənd sakini Mustafayev Asif Cəmil oğlu və Qaynaq kənd sakini, 1961-ci il təvəllüdlü Quliyev Azad Musa oğludur.

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Asif Mustafayevin düşmənin atdığı mərmi nəticəsində dağıdılmış evinin görüntülərini təqdim edirik: