-
- 10-10-2018, 13:54
- 1 223
Bu binalardan ev alarkən DİQQƏTLİ OLUN – VİDEO
“Qaz gəlmir, çox əziyyət çəkirik”
Qazsız binadan mənzil alan və almağa hazırlaşanlar, ehtiyatlı olun.
ARB TV News24.az-a xəbər verir ki, qazsız binalara paytaxtın əksər ərazilərində rast gəlmək mümkündür və belə binalar arasında həm yeni göydələnlər, həm də köhnə tikililər var.
Sakin: “Nə qədər müraciət etmişik, xeyri yoxdur”.
Sakin: “Çox əziyyət çəkirik, mən bu ay 80 manat işıq pulu vermişəm. Qaz yoxdu, işığa da pul çatdıra bilmirik”.
Bir mərtəbədə 4 su qızdırıcısı...
Qazı yoxdur, al, 1-2 aya veriləcək. Bu məzmunlu yalan vədi ev almaq istəyən hər kəs eşidib. İnanmayanlar qazanıb, inanananların isə illərdir gözü yoldadır. Bu, yeni tikililərdə demək olar ki, ənənəvi hal alıb. Mütəxəssislər deyir ki, problemə səbəb mənzil tikinti korporativlərinin tikintiyə başlayarkən sənədləşmə işlərini qanunauyğun həyata keçirməməsidir.
Ramil Osmanlı – Ekspert: “Məsələn tikinti şirkəti, inşaat pasportu və tikintiyə icazə sənədini alarkən müvafiq qurumlardan sənəd və rəylər almalıdır. Lakin çox vaxt tikinti şirkəti bu sənədlərin hamısını almaqda maraqlı olmur. Yekunda binanın istismarına rəy verən qurumlar binanın istismarı ilə bağlı problemlərin mövcudluğunu ortaya qoyurlar. Nəticədə həmin bina qazsız qalır”.
Mənzilin qiyməti digərlərindən 15-20 faiz aşağı satılır, notarial qaydada alqı-satqı zamanı problem yaranır və evinizi pul müqavilində girov qoya bilmirsizsə, deməli qazı, çıxarışı olmayan binadan mənzil almısız.
Telefon danışığı – Vasitəçi: “Hələ o binaya qaz verilməyib, mərkəzi istilik sistemidir. 1-2 il çəkəcək”.
Belə problemlərlə üzləşməmək üçün mütəxəssislər tam hazır olmayan, qazı və çıxarışı qaydasında olan binalardan mənzil almağı məsləhət görürlər.