-
- 2-10-2020, 14:41
- 438
“Onlar fotoşopla hazırladıqları belə məlumatlarla xalqı qorxutmaqla məşğuldurlar” - Hikmət Hacıyev
"Ermənistan rəhbərliyi iddia edirdi ki, guya Ermənistan tərəfindən havaya qalxan “Su-25” təyyarəsi guya F-16 tərəfindən vurulub".
News24.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Hərbi İnformasiya Mərkəzinin brifinqində bildirib.
O bildirib ki, təyyarələr havada toqquşub və Ermənistan rəhbərliyi bu barədə xalqa məlumat vermir. Guya Azərbaycan dronları İrəvan üzərində hərəkət edib və bunlar vurulub. Lakin Ermənistan rəhbərliyi öz xalqını aldatmaqla məşğuldur. Məlum oldu ki, onlar fotoşopla hazırladıqları belə məlumatlarla öz xalqını qorxutmaqla məşğuldurlar. Prezident İlham Əliyev yaralı əsgərlə görüşü zamanı bildirdiyi kimi, bizim mülki şəxslərlə işimiz yoxdur. Biz Ermənistan əhalisini çağırırıq ki, hərbi obyektlərdən kənar dursunlar. Bu halda onların təhlükəsizliyi təmin oluna bilər.
H. Hacıyev əlavə edib ki, sosial şəbəkələrdə erməni əsilli şəxslərin, o cümlədən Yunanıstandan və bəzi qərb ölkələrindən Qarabağa gəlib vuruşacağı ilə bağlı məlumatlar yayılıb: “Lakin biz həmin ölkələri öz vətəndaşlarını bu qanunsuz əməllərdə iştirakının qarşısını almağa çağırırıq. Bəzi ökələrin ölkəmizə qarşı kiberhücumlarda iştirakı ilə bağlı məlumatlar yayılıb. Həmin ölkələri də buna imkan verməməyə çağırırıq. O, həmçinin xarici KİV nümayəndələrini Azərbaycan XİN-in icazəsi olmadan səfər etməməyə çağırıb. Bildirib ki, əks halda, Azərbaycan onların təhlükəsizliyinə təminat vermir. Bu zaman onların təhlükəsizliyinə təminat Ermənistanın və qondarma Dağlıq Qarabağ respublikasının üzərinə düşür”.