Azərbaycan Qarabağa qanunsuz səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil
    • 2-10-2020, 14:44
    • 545

Azərbaycan Qarabağa qanunsuz səfər edən xarici jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil

"Təəssüf hiss ilə qeyd etmək istərdim ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə xarici jurnalistləri cəlb edərək onları hədəfə çevirir".

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Həmin ərazilərə Azərbaycanın icazəsi olmadan edilən səfərlər qanunsuzdur. Bu səbəbdən Azərbaycan onların təhlükəsizliyinə cavabdeh deyil", - o qeyd edib.