Hövsanda uşaq oğurlanması və məktəbə gətirilən bibər qazı məsələsinin təfərrüatı
    • 10-10-2018, 15:36
    • 2 710

Hövsanda uşaq oğurlanması və məktəbə gətirilən bibər qazı məsələsinin təfərrüatı

Bu gün səhər sosial şəbəkələrdə Hövsanda 5 yaşlı uşağın metal toplayanlar tərfindən oğurlanması və bir məktəblinin sinif yoldaşlarını qaz bombası ilə zəhərləməsi barədə məlumat yayıldı. əslində hər iki hadisə bir biri ilə əlaqədardır. Belə ki, Hövsanda 20 yaşında bir qız qaçırılıb, qaçırılan qızın yanında qardaşı olub, uşaq qorxub və qışqırıb. Hadisə şahidləri qızı görməyiblər deyə elə zənn ediblər ki, qaçırılan uşaqdır. Bu xəbəri votshap qruplarında valideynlər elə yayıblar ki, güya 5-ci sinif uşağı qaçırılıb. Valideynlər təşvişə düşüblər.
  Həmin valideynlərdən biri də 280 saylı məktəbin 4-cü sinfində oxuyan uşağı gözünə 5 dəqiqə gec görünüb deyə qorxub, polisə məlumat verib, polis uşağı tapıb anaya verib (yayılan video odur).
Bu xəbəri yayaraq iddia ediblər ki, güya 4-cü sinif uşağını oğurlayıblar, böyrəyini çıxarıblar, sonra qaytarıb skamyaya oturdublar. 
Xəbərlər o qədər ciddi adamlar tərəfindən yayılıb ki, valideynlər artıq bu gün məktəbə gedən uşaqlarına qaz balonu, bibər qazı veriblər ki, yolda oğru onlara yaxınlaşsa, özlərini müdafiə etsinlər. Nəticədə də uşaqlar bu gün məktəbdə bibər qazını öz üzərilərində sınayıblar. 8 uşaq zəhərlənib.