Müdafiə Nazirliyi ermənilərə növbəti dəfə xəbərdarlıq etdi
    • 4-10-2020, 09:08
    • 390

Müdafiə Nazirliyi ermənilərə növbəti dəfə xəbərdarlıq etdi

Düşmənə növbəti xəbərdarlıq!

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.

Düşmənin növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.