Politoloq: Ermənilər tək torpaqlarımızdan yox, həm də TARİXİ HƏQİQƏTDƏN QAÇIRLAR
    • 4-10-2020, 12:42
    • 658

Politoloq: Ermənilər tək torpaqlarımızdan yox, həm də TARİXİ HƏQİQƏTDƏN QAÇIRLAR

“Azərbaycan əldə etdiyi strateji üstünlüyü kənar müdaxilələrə qurban verməyəcək”. 

Bunu News24.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

Politoloq bildirib ki, Suqovuşan kəndinin işğaldan azad olunması döyüş əməliyyatlarında kəskin dönüş yaratdı: “Köhnə adıyla Madagiz su elektrik stansiyası və Sərsəng su anbarı artıq Azərbaycan Ordusunun əlindədir. Bu, həm də Dağlıq Qarabağda istehsal olunan elektrik enerjisinin 50%-nin nəzarət altına alınması deməkdir. Bundan sonra da əməliyyatlar davam edəcək. Ermənilər tamamilə demoralizə olunub. Onlarda böyük ruh düşkünlüyü var. Xankəndi başda olmaqla bütün mərkəzlərdə, o cümlədən Ağdərədə məskunlaşan ermənilər qaçır. Bu nöqteyi-nəzərdən zənnimcə, əldə etdiyimiz strateji üstünlük axıra qədər saxlanılacaq”. 

Q. Hüseynlinin sözlərinə görə, Rusiya, Fransa və bir sıra ölkələrin atəşkəsə can atması təhlükə yarada bilər: “Ancaq Azərbaycan Prezidenti onların cavabını layiqli şəkildə verib. Azərbaycan heç vaxt mənasız, nəticəsi olmayan danışıqlara getməyəcəkvə döyüş əməliyyatları davam etdiriləcək. Bundan sonra Azərbaycanın əməliyyatlarına Hərbi Hava Qüvvələrinin qırıcıları da qoşula bilər. Bu, Azərbaycanın üstünlüyünü tam təmin edəcək. Hesab edirəm ki, dronlar da daxil olmaqla quru qüvvələri və artilleriyamızın mütəmadi olaraq döyüşlərdə iştirak etməsi ordunun qələbələrini və əldə etdiyi nəticələri çoxaldacaq. 

Ermənilərin gətirdiyi muzdlu qoşunlar döyüşə müdaxilə edə bilər. Rusiyanın Ermənistan ərazisindəki 102-ci briqadasının döyüşlərə qoşula bilmə ehtimalı da var. Orada 5 minlik əsgər heyəti yerləşir. Ola bilsin hələ ki məsləhətçi formada qoşulublar. Silah yardımı edirlər. Amma bütün bunlara baxmayaraq, onlar da əldə etdiyimiz üstünlüyü dəyişə bilməyəcək”.  

Məhərrəm Əliyev