Bu qidalardan çox istifadə erkən ölümə səbəb olur
    • 10-10-2018, 22:00
    • 1 050

Bu qidalardan çox istifadə erkən ölümə səbəb olur

Adətən bir çox qidaları orqanizmə faydalıdır deyə çox yeməyə çalışırıq. Amma araşdırmalar zamanı məlum olub ki, bu qidalardan bəzilərindən həddindən artıq çox istifadə hətta ölümə belə səbəb ola bilir. 
Medicina.az həmin qidaların siyahısını diqqətinizə çatdırır.
Su
Gündə 2 litr su içmək lazım olduğunu hər birimiz bilirik. Amma bu miqdarın üç qat artığını içdikdə böyrəklər onu atmaq üçün həddindən çox işləyir. Çox işləyən böyrəklər beyin iltihabına səbəb olur. Bəli, suyun çoxu sizi öldürə bilər.
Qəhvə
Gündə 113 fincan qəhvə ölümcüldür. Bu halda şəxs həddindən çox kofein istifadəsindən deyil, su zəhərlənməsindən ölə bilər. 113 fincan qəhvədə 30 litr su var.
Alma çəyirdəyi
18 ədəd alma yemək sizi öldürməz, amma bu 18 almanın çəyirdəyini yesəniz, tərkibindəki siyanür sizi öldürə bilər. Qeyd edək ki, siyanür hidrosiyanik turşudan yaranan metal duzların ümumi adıdır.

Şokolad
Şokoladın tərkibində az da olsa teobromin var. Bu güclü maddə sinir sisteminə xəbərdarlıq edir. Bir oturumda 8 kilo şokolad yesəniz, ishal olub epileptik tutmalar yaşayarsınız. Daha sonra daxili qanama və ürək tutması ilə həyatınızı itirərsiniz.
Diş məcunu
Təxminən 24 qab diş məcunu udmaq ölümlə nəticələnə bilər.

Banan
Bananın tərkibindəki potasium orqanizm üçün yararlı olsa da, 400 ədəd banan yeməniz ölümünüzə səbəb ola bilər.

Siqaret
Bir ədəd siqaretin içində 0,8 mq nikotin var. Bir gündə 75 siqaret çəksəniz, həyatınızı itirərsiniz.

DuzB
ir dəfəyə 48 çay qaşığı duz istehlak etmək ölümə səbəb olar.
Spirt
Sağlam bir adam heç qusmadan 1 saat içində tərkibində 40 faiz spirt olan 1.25 litr spirtli içki içərsə, həyatını itirər.