Erməni tankları öz artilleriya bölmələrinin atəşinə məruz qalıb - Müdafiə Nazirliyi
    • 7-10-2020, 12:43
    • 400

Erməni tankları öz artilleriya bölmələrinin atəşinə məruz qalıb - Müdafiə Nazirliyi

Məlum olduğu kimi, düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, "dəqiq" zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.