Kadırovdan xuliqan çeçenə: İlk reyslə Qroznıya gəl - VİDEO
    • 11-10-2018, 10:40
    • 1 019

Kadırovdan xuliqan çeçenə: İlk reyslə Qroznıya gəl - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov metroda tanımadığı şəxslərə içki bankası ilə hücum edən və bunu videoya çəkən çeçenin Qroznıya gəlməsini tələb edib. 
Bununla bağlı region rəhbəri “Telegram” kanalında yazıb.
Kadırov şərəflərinə toxunulan gənclərdən üzr istəyib və istifadəçilərdən hücum edən şəxsin əlaqə nömrəsini istəyib. Çeçenistan rəhbəri həmin şəxsə müraciət edib:
“Bu dəqiqə ilk reyslə Qroznıya qayıt və yaxınlarınla yanıma gəl! Əks halda səni tapacaqlar. Sənin hərəkətlərinin “Axmat” klubuna heç bir aidiyyəti yoxdur”, - Kadırov bildirib. 
Çeçenistan rəhbəri həmin şəxsə bir neçə saat vaxt verib. 
Bir müddət öncə sosial şəbəkələrdə yayılan görüntülərdə gənc oğlanın metroda insanlara içki bankası atması və onlardan “Axmat güclüdür” sözünü deməsini tələb etməsi əks olunub.