Azərbaycanın Qarabağdakı əməliyyatı ölkə sərhədlərindən kənara çıxmır - MN
    • 7-10-2020, 13:15
    • 507

Azərbaycanın Qarabağdakı əməliyyatı ölkə sərhədlərindən kənara çıxmır - MN

"Vəzifəmiz Ermənistanın Azərbaycana qarşı belə təxribat xarakterli hərəkətlər həyata keçirmək arzusundan əl çəkməsi üçün bu əməliyyatı ən qısa zamanda başa çatdırmaqdır".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov TASS İnformasiya Agentliyinə müsahibəsi zamanı deyib. 

H.Mahmudov qeyd edib ki, bu məsələrəsmi İrəvana təzyiqlərin artırılması yolu ilə həll olunmalıdır.

Hüseyn Mahmudov həmçinin vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənara çıxmır, ancaq Ermənistan ərazisindən Azərbaycan əraziləri atəşə tutulur.