Təyyarə şəhərdə, binaların arasında uçdu – Sakinlər qorxdular (Video)
    • 11-10-2018, 11:27
    • 664

Təyyarə şəhərdə, binaların arasında uçdu – Sakinlər qorxdular (Video)

Avstraliyanın Brisben şəhərinin minlərlə sakini binaların arasında uçan təyyarəni görəndə bərk qorxublar. Xoflanmış sakinlər belə tryuku axmaqlıq və sarsaqlıq adlandırıblar.
Bəziləri isə olayı 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda yaşanmış faciəni xatırlatmağa vadar etdiyini söyləyiblər.
Səbəb Avstraliyanın Kral Hərbi-Hava Qüvvələrinin (Royal Australian Air Force, RAAF) Boeing C-17 hərbi-nəqliyyat təyyarəsinin şəhərdə aviatryük gerçəkləşdirməsi olub.
Təyyarə “Sunsuper Riverfire” festivalı əsnasında Brisben şəhərinin mərkəzindəki Riverfeyr və Souz Benk səmtlərində uçub.
O, göydələnlərdən birinə çatanda binaya çarpılmamaq üçün sürətlə səmaya qalxıb.