Hindistanın Baş naziri COVID-19-un ayılmasının qarşısını almaq üçün bunu etdi
    • 8-10-2020, 14:30
    • 371

Hindistanın Baş naziri COVID-19-un ayılmasının qarşısını almaq üçün bunu etdi

Hindistanın Baş naziri Narendra Modi, faydalı model kimi tətbiq edilə biləcək qərar vermə sistemi yaradıb. 

News24.az xəbər verir ki, bu barədə “Gulf News” məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın COVID-19 infeksiyasına yoluxması kimi olduqca dramatik bir hal qlobal diqqət mərkəzini yenidən koronavirusa və bu ilin əvvəlindən etibarən dünyada problemlər yaradan bu pandemiya ilə ölkələrin necə mübarizə aparmasına yönəltdi. Müzakirələrin mərkəzində mahiyyət etibarilə iki sual dayanır. Birincisi, ölkələrin müvafiq hökumətləri tərəfindən görülən tədbirlər virusun yayılmasının qarşısını almaqda təsirli olubmu, ikincisi, bu tədbirlərin ölkə iqtisadiyyatına təsiri nə olub?

Yenidən tətbiq edilə biləcək bir modeli qiymətləndirmək məqsədilə belə bir suala cavab vermək cəhdləri zamanı aşağıdakı parametrlər də nəzərə alınmalıdır. Birincisi, ölkə azad və demokratikdirmi;  mütləqiyyətçi rejimlərin həyata keçirdiyi totalitar tədbirlər həqiqətən də digər ölkələr üçün təkrarlana biləcək model deyil. İkincisi, ölkə həm əhali, həm də ərazi baxımından kifayət qədər böyükdürmü. Son olaraq, həmin ölkə qlobal və çoxşahəlidirmi; çünki, qlobal hərəkət axınının az olduğu nisbətən ucqar  ölkələr özlərini dünyanın əksər ölkələrində tətbiq oluna bilməyəcək şəkildə təcrid etməyi bacara bilərlər.

Bu parametrləri nəzərə alaraq gəlin Hindistanın fəaliyyətinə nəzər salaq və Hindistanın bir model təklif edib etmədiyini qiymətləndirək

6 oktyabr 2020-ci il tarixinə olan məlumatə əsasən “worldometers.info”internet saytı Hindistanda ümumi yoluxma halının 6,68 milyon, ölüm halının isə 103,600 olduğunu bildirdi. Bu rəqəmlər ilə Hindistan dünyada ən çox yoluxmanın qeyd alındığı ABŞ-dan sonra ikinci ölkədir və ölüm siyahısında isə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Burada dayanıb Hindistanın uğursuz model olduğunu elan etməliyikmi? Yoxsa hekayədə daha çox şey var?

    Bir çox ölkələr həyat yoxsa dolanışıq mübahisəsini hələ də müəyyən bir dərəcədə həll edə bilməsə də, Hindistan ümumiyyətlə bu spektrın hər iki tərəfini nəzərə alıb. Hindistanın “Jaan Bhi, Jahaan Bhi” (həyat və dolanışıq) paradiqması, ilkin göstərici zəncirini qıran erkən ən sərt hərəkət məhdudiyyətləri sırasında idi və eyni zamanda Hindistan iqtisadiyyatı da proqnozlaşdırıldığından xeyli əvvəl bərpa yoluna düşüb ”- Axileş Mişra

Gəlin başqa bir məlumata nəzər salaq. 6 oktyabr tarixinə olan məlumata görə yoluxma sayının ən çox qeydə alındığı ilk 15 ölkənin (Hindistanı çıxmaqla) birgə ümumi əhalisinin sayı 1,49 milyarddır. Hindistan əhalisi 1.38 milyard göstərici ilə həmin rəqəmə yaxındır. Ən çox yoluxma halının qeydə alındığı ilk 15 ölkənin birgə məlumatlarını Hindistanla necə müqayisə etmək olar? İlk 15 ölkədə 21.4 milyon yoluxma halı və 721.598 ümumi ölüm sayı. Hindistanda isə buna müvafiq saylar 6.68 milyon və 103.600-dür. Ən çox yoluxmanın qeydə alındığı ilk 15 ölkədə bir milyona düşən ümumi yoluxma halı 14.316-dır, Hindistanda isə bu rəqəm sadəcə 4.830-dür. Cəmi ölüm sayı üçün ekvivalent saylar 481.8 və 75-dir. İlk 15-ə ABŞ, Böyük Britaniya, Fransa və İspaniya kimi Hindistanla müqayisədə daha inkişaf etmiş səhiyyə sistemlərinə sahib olan bütün ölkələr daxildir!

Hindistan dünya ilə müqayisədə


Oxford Universitetinin COVID-19 üzrə Dövlətlərin Reaksiya Sıxlığı Göstəricisində ölkələrdə ilk dəfə ən yüksək yoluxma halının nə vaxt qeydə alınmasına əsaslanan başqa bir məlumatı nəzərdən keçirək.

ABŞ-da ilk dəfə ən yüksək göstəricinin (72.69) qeydə alındığı 21 mart tarixində bir milyona düşən gündəlik təsdiqlənmiş COVİD-ə yoluxma halı üzrə rəqəm 16.24 idi.

26 martda İngiltərədə (75.93) bir milyon əhaliyə düşən təsdiqlənmiş gündəlik COVID-ə yoluxma rəqəmi 21.39, bir milyon əhaliyə düşən gündəlik ölüm sayı 2.74 və bir milyon əhaliyə düşən COVID-dən ümümi ölüm sayı 10.22 di.

30 martda İspaniyada (85.19) bir milyon əhaliyə düşən təsdiqlənmiş gündəlik COVID-ə yoluxma rəqəmi 123.33, bir milyon əhaliyə düşən gündəlik ölüm sayı 17.92 və bir milyon əhaliyə düşən COVID-dən ümümi ölüm sayı 139.62 idi.

Bənzər şəkildə 12 aprel tarixində İtaliyada (93.52) artıq bir milyon əhaliyə düşən təsdiqlənmiş gündəlik COVID-ə yoluxma sayı 77.64, bir milyon əhaliyə düşən gündəlik ölüm sayı 10 gündəlik idi və bir milyon əhaliyə düşən COVID-dən ümümi ölüm sayı 322 idi.

6 may tarixində Braziliyada (81.02) artıq  bir milyon əhaliyə düşən təsdiqlənmiş gündəlik COVID-ə yoluxma sayı 32.63, bir milyon əhaliyə düşən gündəlik ölüm sayı 2.82 idi və bir milyon əhaliyə düşən COVID-dən ümümi ölüm sayı 37.27 idi.

Bütün bu nümunələrdən fərqli olaraq Hindistan ilk dəfə 25 martda Sıxlıq İndeksindəki ən yüksək xalı (% 100) qazandığı zaman, bir milyon əhaliyə düşən təsdiqlənmiş gündəlik COVID-ə yoluxma sayı  cəmi 0.04 , bir milyon əhaliyə düşən gündəlik ölüm sayı 0 və bir milyon əhaliyə düşən COVID-dən ümümi ölüm sayı 0.01-dən az idi.

Hindistanın son dərəcədə sürətli qərar verməsinin nəticəsi nə oldu?

6 Oktyabr tarixinə olan məlumata əsasən Hindistanda bir milyon əhaliyə düşən ümumi 4.830 yoluxma halı ilə müqayisədə İngiltərədə bu rəqəm 7.584, İspaniyada 18.239, İtaliyada 5.420, Braziliyada 23.138 və ABŞ-da isə 23.135-dir. Buna bənzər şəkildə, COVID-dən ölüm hallarına münasibətdə 6 oktyabr tarixinə olan məlumata əsasən Hindistanda bir milyon əhaliyə düşən 75 ölüm halından fərqli olaraq İngiltərədə bu say 623, İspaniya 689, İtaliya 596, Braziliya 689 və ABŞ-da 648-dir.

Hindistanın böyüklüyü və demoqrafiyası

Üçüncü məlumatlar silsiləsinə baxaq. Demək olar ki, ekvivalent şəkildə Avropa (740 milyon) və Şimali Amerika (540 milyon) əhalisinin birgə sayına düşən rəqəm 14,6 milyon yoluxma və 542,311 ölüm halıdır - 6,68 milyon yoluxma və 103,600 ölüm sayının qeydə alındığı Hindistanla müqayisədə daha güclü səhiyyə sistemlərinə sahib olmasına baxmayaraq.

Demokratik dünya ölkələrinin əksəriyyətindən fərqli bir model qəbul edən İsveçə nəzər salaq – heç bir hərəkət məhdudiyyəti tətbiq olunmadı və daha çox kütlə immunitetinə etibar edildi. İsveçdə 5.895 COVID-dən ölüm halı qeydə alınıb, yəni bir milyon əhaliyə düşən rəqəm 584-dür. İsveçin bir milyon əhali sayına düşən ölüm üzrə rəqəmini Hindistan əhalisinə tətbiq etsək, bu, 805.920 ölümə bərabər olardı. Bu, İsveçin Hindistandan 30 dəfə artıq  zəngin olmasına və əhali sıxlığının çox daha aşağı olmasına baxmayaraq. İsveç dünyanın ən yaxşı ictimai səhiyyə sistemlərindən birinə və yüksək səviyyədə məlumatlı  əhaliyə sahibdir.

Deməli, sual belədir ki,  Avropanın və ABŞ-ın zəngin ölkələrindən daha çox əhali sıxlığına və nisbətən zəif səhiyyə sisteminə sahib olmasına baxmayaraq Hindistan, bir milyon əhaliyə düşən ümumi yoluxma halı və daha da əhəmiyyətlisi bir milyon əhaliyə düşən ümümi ölüm halına nisbətdə digərlərindən əhəmiyyətli dərəcədə aşağı olan rəqəmə sahib olması ilə nəyi düzgün edib?

Əvvəla, Hindistan hökumət səviyyəsində və korporativ səviyyədə sürətli şəkildə tədbirlər görən ölkələrdən biri idi. Çin 7 yanvar tarixində Vuhan virusuna dair dünyaya məlumat verdi. Hindistan 8 yanvar tarixində missiya iclası keçirdi və 17 yanvar tarixindən etibarən dünya ölkələri arasında sərnişinləri yoxlamağa başlayan ilkin ölkələrdən biri oldu. Hindistanda ilk dəfə virus 30 yanvar tarixində aşkar edildi və orada sərt nəzarət və yoxlama tədbirləri başladıldı. Digər tərəfdən Hindistan, tərs transkripsiya polimeraz zəncirvari reaksiya (RT-PCR)  testləri ilə birlikdə sürətli antigen testlərini tətbiq edən ilk ölkələrdən biri idi. Bu strategiyaya görə Hindistan əvvəlcə tənqid olunurdu, lakin indi ÜST özü bu modeli qəbul edərək dünyaya tanıtdı. Eyni şəkildə Hindistanın bir çox bölgələrində aprel ayının əvvəllərindən maska taxmaq məcburi hal elan olundu, Modi özü də aprel ayının əvvəllərindən bəri ictimaiyyət içində maska taxır, ÜST isə maska taxmaq barədə dünyaya tövsiyə etmədən iyun ayına qədər gözlədi.

Sərt milli karantin rejimi

İkincisi, Hindistan, virusun yayılmasının ilk mərhələsində sərt və ciddi milli karantin rejimini tətbiq edərək öz yolunu müəyyənləşdirdi. 24 mart tarixində Hindistan tamamilə  karantin rejimini tətbiq edəndə, ölkədə ümumilikdə təxminən 500 virusa yoluxma halı qeyd olunmuşdu. Hindistan karantin rejimini tətbiq edərkən gözləyə və ya təxirə sala bilərdi və Avropa və ya ABŞ trayektoriyasına girmə riski ilə qarşılaşa bilərdi. Mart ayının üçüncü həftəsində karantin vaxtı, Hindistan, virusun sürətli yayılma mərhələsinə girmək üzrə idi. Virusa yoluxma hallarının artma sürəti sadəcə bir həftə ərzində 10,9 % -dən 19,6% -ə qalxdı və ikiqat artım 3 gündən çox bir müddətdə baş verdi. Baş nazir Narendra Modi, o vaxta qədər heç bir ölkənin bu qədər erkən müddətdə qəbul etmədiyi milli karantin rejiminin tətbiq olunması qərarını qəbul etdi.  Bu qərar Hindistanın trayektoriyasını dəyişdirdi. Bu gündən etibarən Hindistanda ikiqat artım nisbəti 51.4 gündür. Müxtəlif fərziyyələrə görə, karantin rejimi may ayının sonuna qədər baş verə biləcək təxminən 2 milyon virusa yoluxma halının və 60.000 ölüm hadisəsinin qarşısını aldı. Əgər belə olsaydı, indiyə qədər Hindistanın əhali sayına əsasən artım rəqəmləri çox yüksək olardı.

Dünya miqyasında böyük nüfuza sahib “Science” jurnalında bu yaxınlarda  yayımlanan bir məqaləyə əsasən, əlaqə saxlayan zaman infeksiyaya yoluxa biləcək insan sayı - effektiv çoxalma sayı (Rt)  araşdırmanın ediliyi Tamil Nadu və Andhra Pradeş adlı  iki ştatda karantindən əvvəl 4-5 nəfər idi. Ancaq karantindən sonra bu rəqəm kəskin şəkildə azaldı və dəyişikliklərə baxmayaraq, bu nisbət indi yalnız 1 ilə 1.5 arasındadır (effektiv çoxalma sayı = 1-1.5). Beləliklə, karantin zamanı COVID-19 infeksiyasının yayılmasına böyük zərbə vuruldu.

Üçüncüsü, Baş nazir Modi milli və könüllü  iştirakçı uyğunluq modelini qurdu. Pandemiya ilə mübarizə aparmaq üçün tələb olunan davranışda dəyişikliyi demokratik bir cəmiyyətdə bu qədər böyük bir əhali miqyasında həyata keçirmək asan deyildi. Modi bunun yalnız iştirakçı bir model vasitəsilə həyata keçirilə biləcəyini başa düşdü.  Karantindən öncə tətbiq edilən komendant saatından Modinin maska ilə bütün ictimaiyyətdə görünərkən mütəmadi olaraq ona olunan milli müraciətlərdə məsuliyyətli rəhbərlik örnəyi  ən yüksək səviyyədə təşkil olundu.

Nisbətən daha aşağı ölüm sayı

Dördüncüsü, karantin rejimi səmərəsiz şəkildə həyata keçirilmədi, əksinə potensialın inkişaf etdirilməsi istiqamətində həyata keçirildi. Nümunə olaraq, Hindistanda karantin rejimindən əvvəl şəxsi qoruyucu avadanlıqlar istehsal edilmirdi – hərşey idxal edilirdi.  Bu gün təxminən yarım milyon şəxsi qoruyucu avadanlıq istehsal olunur! Bu günə qədər təxminən 1,5 milyon xüsusi təcrid olunmuş çarpayı, təxminən 250.000 oksigen dəstəkli çarpayı və reanimasiya şöbələri üçün 60.000-dən çox çarpayı var. 2020-ci ilin yanvar ayında Hindistanda yalnız bir sınaq laboratoriyası var idi. Bu gün Hindistanda 1869 laboratoriya mövcuddur. 2020-ci ilin yanvar ayında gündəlik test edilmə sayı 500 testdən az idi. Bu gün hər günə 1,5 milyon test edilir! Məhz karantin zamanı müəssisələrin bu cür sürətlə fəaliyyət göstərməsi, karantin yumşaldılan zaman xəstəxana müəssisələrinin həddən çox yüklənməsinin qarşısını almış və Hindistanın ölüm sayını eynisəviyyəli ölkələrlə müqayisədə nisbətən daha aşağı səviyyədə saxlamışdır.

Beşincisi, Hindistanda karantinin bitmə prosesi tam doğru bir zamanda həyata keçirildi. Hindistanın maliyyə ilinin ilk rübü (aprel-iyun 2020) demək olar ki,  bütün ölkələrdə olduğu  kimi tam bir uğursuzluq  idi. Ancaq sentyabr ayı üçün mövcud olan son məlumatlar göstərdi ki, bu, əvvəllər hərkəsin düşündüyündən daha təsirli və geniş yayılmış bir bərpa göstəricisidir. İstehsal PMİ (satınalmalar üzrə menecerlər indeksi)  56.8 səviyyəsində idi, bu da 2012-ci ildən sonra ən yüksək göstəricidir! Sentyabr ayında ixracat illik 5.33% artdı; Dəmir yolu ilə yükləmə 102.12 meqaton olub, bu da illik müqayisədə 15%  artaraq ən yüksək göstəricidir; Benzin satışı 2020-ci ilin yanvar ayı səviyyəsinə qayıtdı; enerji tələbi illik 4.6% artdı; Mal və xidmətlər vergisi (GST) yığımı demək olar ki, COVID-dən əvvəlki dövrə qayıdır; Hindistanın ən böyük avtomobil istehsalçısı Maruti illik satışlarında 30,8% artımı müşahidə etdi, Hindistanın ən böyük iki təkərli avtomobil istehsalçısı isə illik 16,9% artım qeyd etdi.

Maharaştranın daşınmaz əmlak bazarında oxşar trendlər qeydə alınıb. Gündəlik ortalama mülk qeydiyyatı 2019-cu ilin may ayından sonra 2020-ci ilin sentyabr ayında ən yüksək göstəricidir! Sentyabr ayında yaradılan “E-Way” fakturaları sağlam yol hərəkətinə işarə edərək indiyə qədər olan ən yüksək göstəricidir.

Bu o deməkdir ki, bir çox ölkə həyat və yaşayış imkanlarına dair müzakirələri hələ müəyyən dərəcədə həll etmədiyi halda, Hindistan ümumiyyətlə spektrin hər iki tərəfini doğru müəyyənləşdirdi. Hindistanın həyat və dolanışıq paradiqması, ilkin göstərici zəncirini qıran ən sərt erkən karantin rejimi siyahısında görüldü, ancaq qeyd olunmalıdır ki, eyni zamanda iqtisadiyyat proqnozlaşdırıldığından xeyli əvvəl bərpa olunur.

Baş nazir Narendra Modi hələ də davam edən pandemiya dövründə müxtəlif vaxtlarda çox çətin zənglər etməli oldu. İndiyə qədər Hindistan kimi müxtəliflik və böyük bir ölkə üçün  doğru addımlar atan Modi demokratik dünya üçün faydalı bir model ola biləcək qərar vermə nümunəsini yaratdı.

https://gulfnews.com/opinion/op-eds/what-did-narendra-modi-do-to-curb-covid-spread-in-india-1.74370214