"Azərbaycan kinosu üçün yeni zirvələr fəth etməyə doğru addımlayacağıq" - Fariz Əhmədov
    • 8-10-2020, 19:37
    • 2 983

"Azərbaycan kinosu üçün yeni zirvələr fəth etməyə doğru addımlayacağıq" - Fariz Əhmədov

"Mən və mənim komandam bu etimadı doğrultmağa var qüvvəmizlə fədakarcasına çalışacaq". 

News24.az xəbər verir ki, bu sözləri iki gün əvvəl Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyinatı alan Fariz ƏHmədov deyib. 

Kinostudiya rəhbəri qeyd edib ki, Azərbaycan kinosunun inkişafı üçün lazım olan bütün addımlar atılacaq: 

"Dəyərli dostlar. Bildiyiniz kimi, sentyabr ayının 30-dan etibarən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor təyin olunmuşam. Mənə etimad göstərərək bu vəzifəyə təyin edənlərə, bir neçə gündür ardı-arası kəsilməyən təbrik zənglərinə və mesajlara görə bütün dostlara, tanışlara, həmkarlara təşəkkür edirəm. Mən və mənim komandam bu etimadı doğrultmağa var qüvvəmizlə fədakarcasına çalışacaq, Azərbaycan kinosu üçün yeni zirvələr fəth etməyə doğru addımlayacağıq. Bu yolda hər birinizin dəstəyinizə ehtiyacım var. Var olun!"