Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb
    • 9-10-2020, 14:23
    • 524

Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən News24.az-a bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 7-dir.

İndiyə qədər ölkə üzrə iki məktəb, 30 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.