-
- 12-10-2018, 11:27
- 1 753
Dünyada əlilliyin və vaxtsız ölümün birinci səbəbi: Ürək-damar sistemi xəstəlikləri
Son illər xərçəng xəstəliyinin sürətlə artmasından çox danışılır. Lakin onkoloqlar hesab edirlər ki, bu xəstəlik ətrafında vahiməli rəylər yaradanlar, məsələn, ürək-damar xəstəliklərindən baş verən ölüm hallarının statistikasını unudurlar. Bir çox hallarda qəfil ölümlərə səbəb olan və yaş tanımayan ürək-damar xəstəlikləri ilə bağlı tanınmış kardioloq, tibb doktoru, professor İdris Xəlilov müsahibə verib.
- İdris həkim, son statistikaya görə, ölkədə ölüm hallarının 11 faizi onkoloji xəstəliklər səbəbindən baş verirsə, 57 faizi ürək-damar xəstəlikləri ilə bağlıdır. Bu mənada demək olarmı ki, ürək-damar sistemi xəstəlikləri tibbin aciz qaldığı daha ağır xəstəliklərdir, nəinki digərləri?
- Mən elə deməzdim. Ürək-damar sistemi xəstəlikləri dünyada əlilliyin və vaxtsız ölümün birinci səbəbidir. Bu xəstəliyin milliyyəti, cinsi, etnik mənsubiyyəti yoxdur. Bu xəstəlik hər yerdə mövcuddur. Özü də bütün insanların ürəyi bir-birinə bənzəyir, çox qəribədir. Sadəcə olaraq, burada söhbət vaxtsız və qəfləti ölümdən gedirsə, tibbin ilk prioriteti bunu önləməkdir. Biz onsuz da heç vaxt təbii qocalığın və ölümün qarşısını ala bilməyəcəyik. Amma vaxtsız və qəfləti ölümün qabağını almaq üçün tibbin çox böyük imkanları yaranır. Bütün dünyada və bizdə son 20-30 ilin müqayisəsini aparsaq, tibdə çox böyük sıçrayışlar var. Bəlkə də heç bir fəaliyyət sahəsində tibdəki qədər sıçrayışlar yoxdur.
Sadə misal deyim, mən 40 ilin doktoruyam, dörd ölkədə işləmişəm. 20-30 il bundan qabaq biz infarkt xəstələrini müalicə edirdik, ancaq onun perspektivini görmürdük. O xəstələrin hamısı birmənalı olaraq dünyasını dəyişirdilər. İndi isə onların demək olar ki, əksər faizi sağalır. Məhz diaqnostikanın, stendləmə və ürək cərrahiyyəsinin sayəsində. Bu, çox böyük inqilabdır. Deyirlər ki, xəstəliklər artıb. Bu, belə deyil. Sadəcə xəstəliklərin aşkarlanması halı artıb. Əvvəllər heç kim bilmirdi nə baş verir. Çünki indiki kimi media qurumları yox idi. Bu gün isə Azərbaycanın hər bir kəndində baş verənlərdən xəbər tuturuq.
"Hər gün 5, 6, 7-də oyanır, yoqa ilə məşğul oluram, sonra işimə gedirəm”
- Bizdə kiminlə danışırsansa, müşahidəsi belə olur ki, filan xəstəxanaya getmişdim, xəstə əlindən yer yox idi. Ölkəmizdə xəstəliklərmi geniş yayılıb, xəstələrin sayımı çoxalıb, ya səbəb nədir?
- Ona görə belədir ki, 20-30 il bundan qabaq insanlar ümumiyyətlə, həkimə getməzdilər. İnsanlarımızın tibbi savadı çox aşağı idi. İndi insanlar özünü, uşaqlarını, nəvələrini yoxlatdırır. Gəlib deyir ki, yoxlayın, görüm mənim qanda xolesterinim nə qədərdir? 20 il qabaq heç bilmirdi qan analizi nədir? Əslində bütün əhali vaxtaşırı tibbi müayinədən keçməlidir. Bizə müraciət edənlərin çoxu xəstələr deyil, sadəcə, özlərini yoxlatdırırlar.
- Deyirlər filankəs nə siqaret çəkir, nə içki içirdi, qəfil ürəyi tutdu və getdi.
- Tamamilə doğrudur. Bəs bu, nədir? Ona görə də bu günə qədər ürək-damar xəstəliklərinin əmələ gəlmə səbəbləri dəqiq bəlli deyil, çox təəssüf ki. Damar xəstəliyi, damarın qocalması bu günə qədər hələ diskussiya mövzusudur. Heç kim bilmir ki, mən də həmçinin, uşağa, cavana nə məsləhət görək ki, onda ürək xəstəliyi olmasın. Çünki biz hələ yaşamağın təhərini, üsulunu dəqiq bilmirik. Bəli, bizim çoxlu xəstələrimiz var ki, içki içmir, siqaret çəkmir, çəkisi aşağıdır, şəkəri, qan təzyiqi yoxdur, birdən məlum olur ki, 3-4 damar tutulub. Mən bununla bağlı məqalə də yazmışam. Artıq dünya kardiologiyasına mesaj göndərirəm ki, biz çox şeyi bilmirik. Standart yanaşma doğru deyil.
- Bəs sizin ehtimalınız varmı ki, bu xəstəliklər mənbəyini hardan götürür? Özü də ürək-damar xəstəlikləri sanki gəncləşib...
- Mən belə deməzdim. Biz illər boyu deyirdik ki, mədə xorası filan səbəbdən olur və müalicə edirdik. Ancaq keçən əsrin axırında bir xanım tapdı ki, bu xəstəliyi törədən bakteriyadır və o bakteriyanı məhv etməyin dərmanları tapılıb. Bununla da mədə xorası problemi bitdi. İndi biz hələ axtarışdayıq. Mənə elə gəlir ki, çox keçməyəcək, ürək-damar xəstəliklərinin də əsl səbəbi tapılacaq. Bəlkə də bu, bir virusdur, bakteriyadır, immunaloji pozğunluqdur. Hələ bəlli deyil ki, niyə bir adamın damarı 25-30 yaşında tıxanır, digərininki 100 yaşında tıxanmır? Burda biz mexanizmi bilsək, daha effektiv, profilaktik mübarizə apara bilərik.
- Doktor, siz özünüz sağlam yaşamaq üçün nələrə əməl edirsiniz? Qidalanmadan başlamış, digərlərinə qədər...
- Daha yaxşı olardı ki, mənim göstəricilərimi soruşardınız. Mən praktiki sağlamam, sadəcə olaraq. 40 ildir işləyirəm. Heç vaxt 9-da yuxudan durmuram. Hər gün 5, 6, 7-də oyanıram, yoqa ilə məşğul oluram, sonra işimə gedirəm. Mənim işim ağır işdir. Amma bu 40 ildə bir ay məzuniyyətə getməmişəm, sadəcə olaraq işləyirəm.
- Bəs, bu, düzgündür?
- Mən bir günümün içində özümə "məzuniyyət” düzəldirəm. İşimi elə görürəm ki, onu 12-ci aya saxlamıram. Mən bəzən 24 saat ərzində 25 saat işləyirəm. Həm də istirahət edirəm. Sadə bir şeydir. Tutaq ki, yoqa ilə məşğul oluram, eyni zamanda ingilis dili ilə də məşğul oluram. Yəni eyni vaxtda iki işi görürəm. Bu şəkildə vaxta qənaət edirəm. Vaxt çox mühüm amildir. Mən acanda yemək yeyirəm. Özü də ürəyim nə istəyirsə, onu yeyirəm, özümə məhdudiyyət qoymuram. Deyirlər çörək ziyandır, kökəldir. Mən gündə bir təndir çörəyi yeyirəm, görürsünüz, formadayam. Siqaret çəkmirəm. Ümumiyyətlə, zərərli adətlərdən imtina edirəm. Sizin iki yolunuz var, səhər yuxudan duranda düşünməlisiniz, sağlamlığa doğru gedirsiniz, ya xəstəliyə doğru. Özünüzə yol seçməlisiniz. Nə sizi xəstəliyə aparırsa, ondan çəkinin. Sağlam yaşamağa cəhd etmək gərəkdir. Mən işə piyada gəlib, piyada gedirəm. Xəstəxanada da fəaliyyətdəyəm. Yəni bir yerdə oturmuram. Bu yaxınlarda gecə yarısı mənə Nəriman müəllim zəng vurdu, soruşdu ki, narahat etmirəm? Dedim, Nəriman müəllim, sağ olun ki, məni axtarırsınız, bundan yaxşı nə ola bilər? (gülür)
- Gənc yaşlı insanlarda da qəfil ölümlər baş verir. Bunun səbəbi nədir?
- Qəfləti ölümün baş verməsi səhlənkarlıqla bağlıdır. Qəfləti ölüm bir-iki saat ərzində baş verən, səbəbi ya bəlli olan, ya da olmayan ölümə deyilir. Ancaq onun altında bu və ya digər problemlər yaşanır. İnsan özünü yoxlatdırmır, narahatlıqları vecinə almır. Əgər həmin şəxsdə problem varsa, o halda ağır bir stressdən, yaxud elə toyda oynamaqdan da qəfləti ölüm ola bilər. Sizi əmin edirəm, vaxtında yoxlanışdan keçsə, onların səhhətindəki problem tapıla və aradan götürülə bilər. Çox təəssüf ki, doğulan insanların hər 10 min nəfərin müəyyən faizində bu və ya digər ciddi ürək xəstəliklər olur. Bu xəstəliklər bilinmir, ancaq istənilən zaman özünü büruzə verir. Elə xəstəliklər var ki, olub keçir, yəni daimi özünü göstərmir.
- Doktor, olurmu ki, xarici ölkələrə gedib orda dərdinə dava tapa bilməyənlərə siz şəfa vermişiniz?
- 90-cı illərdə mən də xaricə xəstə yollayırdım. Çünki o vaxt ölkəmizdə adicə rəngli dopler, exo-kardioqrafiya yox idi, hələ mən indiki şəraitdən danışmıram. Amma son 10 ildə, yəni bizə gənc həkimlərin gəlməsindən, müasir texnologiya ilə təmin olunmağımızdan sonra bir dənə də olsun xaricə xətə göndərməmişəm. İndi bizim yanımıza xaricdən xəstələr gəlir. Əsasən İraqdan, İrandan, Rusiyanın bütün bölgələrindən gəlirlər. ABŞ-dan, İngiltərədən də xəstələrimiz var. Biz onları "Oksigen” Kilinkasında müayinə və müalicə edirik.
Hətta mən xəstələrimizin xaricə getməsinin əleyhinəyəm. Birincisi, xaricə gedən xəstə hər zaman ünvanına çatırmı? İndi görürsən taksi sürücüləri də İrana aparır, orda hansı həkimə gedir, bəlli deyil. İkincisi, xaricə gedən xəstəyə tərcüməçi lazımdır. Diaqnostikanın birinci vasitəsi dildir, ünsiyyətdir. Üçüncü, xaricə gedən xəstənin çoxlu pul ehtiyatı olmalıdır, bizsə burda bəzən pulsuz da müayinə edirik. Dördüncüsü, xəstə xaricdən qayıdandan sonra öz həkimi ilə təkrar kontakta girə bilmir. Ürək xəstələrinə bir dəfə baxmaqla iş bitmir, hər bir xəstənin öz həkimi olmalıdır. Ona görə də mən Azərbaycanda həkimlikdə vəkillik statusunun yaranmasının tərəfdarıyam. Bu, nə deməkdir? Siz məni tanıyırsınız, nəinki kardioloji, başqa probleminiz də olanda mənə deyirsiniz, mən sizi lazımi ünvana yönəldirəm və sonra sizi təqib edirəm. O halda həkim də məsuliyyət hiss edəcək. Amma özünüz getsəniz, dəqiq bilməyəcəksiniz hara, kimin yanına, necə gedəsiniz.
//Musavat.com