Məşhur aparıcı kimə "it kimi atılan qadın" deyir?
    • 12-07-2018, 12:09
    • 1 955

Məşhur aparıcı kimə "it kimi atılan qadın" deyir?

News24.az xəbər verir ki, aparıcı Aytən Səfərova sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. 

O başqalarının ərlərini əllərindən alan qadınlar haqqında kəskin ifadələr işlətməklə kimin bostanına daş atdığını açıqlamasa da, sözü atıb, yiyəsi də götürüb.

"Xanım dediyin kəs bədən quruluşundansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatunluğunu qoruyub saxlamalı, özünə hörmət etməlidir".

Xanım başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə "padxod" etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın. Təəssüf ki, cəmiyyətimiz ucuz qızlarla, əlçatanlarla, bir az pulu olan oğlanlar qarşısında özlərini açıb buraxan və nəticə etibarı ilə küçə iti kimi atılan zənənlərlə doludur. Vaxt olsa bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz".