Bayılda təhlükə artır — Avtobusların gediş-gəlişi dayandırıldı
    • 12-10-2018, 13:22
    • 1 110

Bayılda təhlükə artır — Avtobusların gediş-gəlişi dayandırıldı

Xəbər verdiyimiz kimi, Bakının Badamdar qəsəbəsində, Bayıl yamacında sürüşmə yenidən aktivləşib. Bununla əlaqədar olaraq paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq