Üç sadə sualın 3 mürəkkəb CAVABI
    • 12-10-2018, 14:15
    • 1 821

Üç sadə sualın 3 mürəkkəb CAVABI

Dünyanın adı haradan yaranıb?

Qədim germencə “ertho”, flamandca “aarde”, almanca “erde”, Danimarka və İsveçdə “yord”, ingiliscə “earth” və türk dillərində “dünya”... Əsrlər boyu üzərində yaşadığımız yer kürəsinin adı necə yaranıb, harada yaranıb? 
Planet adlarının mənaları və bu adların haradan gəldiyi məsələsində hamımız demək olar ki, məlumatlıyıq. Ancaq öz planetimiz üçün vəziyyət belə deyil. Yunanlar və romalılar Günəş sistemindəki planetlərin bir çoxunu adlandırmışdılar. Fəqət bizim planetin adı biraz daha fərqli bir hekayəyə gedib çıxır. İngilis dilində dünyaya earth deyilir ki, bu, eyni zamanda “torpaq” deməkdir. Roma mifologiyasında torpaq tanrısına baxdığımız zaman qarşımızıa Tellus adı çıxır. Bu səbəbdən Roma mifologiyasından qaynaqlanan bəzi sözlər Dünya üçün Terra adının istifadə edildiyini görürük. Yunan mifologiyasında isə Qaiadır və bəzi dil və inanclarda dünyadan Qaia olaraq bəhs edilir. Bir də türk dillərindəki kökəninə baxaq. Dünya sözünün kökəni fars dilindəki donya və ərəb dilindəki dunya sözlərinə söykənir. Orijinal ərəbcə olandır. Ancaq sadəcə Perscə və Türkcədə deyil, dari, Paşto, Benqalca, Pancabi, Urduca, Hindcə, Yunanca, Kürdcə, Aarmicə və hətta Malayziya dilində, İndoneziya və Nepal dilində də bu şəkildə istifadə edilir. İslam dininə görə bir nəfər ölməmişdən əvvəl, yəni indi yaşadığımız, digəri isə öldükdən sonrakı həyatdır. İndi yaşadığımız həyat bizə daa yaxındır. Bu səbədən ərəbcədəki “daha yaxın” və ya “daha alçaq” anlamına gələn “dena” feili dilimizə dünya olaraq keçmişdir. Kəlmə eyni zamanda Quranda qarşımıza dunya“ olaraq çıxmaqdadır.

Günəş batarkən niyə qızılı rəngdə görünür?

Günəş batdığı zaman, ya da günbatışı deyək, bəzən sevgililərin ən hüzurlu anı, bəzən də yalnızların ən hüzünlü anıdır. Fotoqraflarda da öndə gələn görüntülərdən biri olan günbatışı niyə qızılı rəngdə görünür. Bunun 2 əsas səbəbi vardır. Birincisi bu hadisəyə səbəb olan bir fizika qanunudur. Digəri isə bunu hiss etməyimizi təmin edən şərtlərin yaranmasıdır. Günəş şüaları atmosferdən keçdiyi zaman saçılır. Bütün rəngləri içində saxlaya bilən ağ şüaya görə enerjisi daha yüksək olan mavi şüa, qırmızı şüaya görə də 9 qat daha artıq saçılır. Bu səbəbdən ağ rəngin içindəki mavi şüa son dərəcə azaldığı üçün cisim qırmızı rəngdə görülməyə başlayır. Bunun da bu qədər aşkar qızılı rəngdə bizə görünməsinin səbəbi dünyanın yuvarlaq olmasıdır. Dünya yuvarlaq olduğu üçün üfüqə baxdığımız zaman qarşımızda yer alan atmosfer qatı təpə nöqtəərə baxdığımızda gördüyümüz qatdan çox daha qalındır. Buna gör də üfüqə yaxın cisimlərdən gələn işıq daha qalın bir atmosfer təbəqəsindən keçmək məcburiyyətində qalır. Dolayısı ilə. Üfüqə yaxın bir cismin işığı mavi şüanı daha çox saçır, buna görə də daha qırmızı və ya qızılı rəngdə görünür.

Duz buzu və qarı necə əridir?

Qış gəldiyi vaxt televiziyada yollaraq duz atıldığını görürük. Bəs niyə qış zamanı yollara duz atırlar? Duz əslində buzu əritmir, ancaq buzun ərimə temperaturunu aşağı salır. Məsələn, havanın temperaturu -7C dərəcə olduğunu düşünək. Saf suyun erimə/donma temperaturu 0C olduğu üçün belə bir gündə açıq havadakı su donacaqdır. Ancaq kimyanın əsas qanunlarından biri, saflığı pozulan (içinə müxtəlif maddələr qatılan) mayelərin donma nisbəti azalır. Buzlu yolların duzlanmasındakı məqsəd də bu vəziyyətdən istifadə etməkdir. Çünki buzun üzərinə kifayət qədər duz atılmaqla ərimə temperaturunu +3 C dərəcənin altına salmaq və beləliklə də buzun əriməsini təmin edərək -3 C dərəcənin altında maye halda olan bir duzlu su qarışığı əldə etmək mümkündür. Buzun ya da başqa bir mayenin ərimə temperaturunu azaltmaq üçün istifadə edilən maddənin duz olması əlbəttə ki, tək şərt deyil. Məsələn duz yerinə şəkər tozu da istifadə edilərək də eyni nəticəni almaq mümkündür. Ancaq ərimə temperaturundakı düşmə istifadə edilən maddənin növünə və miqdarına görə dəyişəcəkdir. Buna əlavə olaraq maşınların yollarda yaratdığı təzyiq sayəsində də duzun təsiri artır və ərimə işi sürətlənir.

sciencefocus.com