-
- 12-10-2018, 18:00
- 1 892
Akademik Milli Dram Teatrında İlham Əsgərovun xatirə gecəsi keçirilib- FOTO
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti İlham Əsgərovun 60 illiyinə həsr olunan tədbir keçirilib.
Xatirə gecəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşıb.
News24.az xəbər verir ki, əvvəlcə qonaqlar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivinin materialları əsasında İlham Əsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.
Mərasimdə Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov unudulmaz sənətkarın yaradıcılığından, keçdiyi ömür yolundan söz açıb. Bildirib ki, İlham Əsgərov 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. O, Azərbaycan dövlət radiosunun məşhur “Bulaq” verilişinin aparıcılarından olub.
Xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova, Mərahim Fərzəlibəyov, Səidə Quliyeva İlham Əsgərovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, İlham Əsgərov görkəmli sənətkar kimi Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçıların böyük rəğbətini qazanan obrazlar yaradıb.
İlham Əsgərovun xatirəsi teatrsevərlərin ürəyində hər zaman yaşayacaq. Görkəmli sənətkar İlham Əsgərovun ailəsi adından çıxış edən həyat yoldaşı Yeganə Əsgərova tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib. Tədbirdə aktyorun rol aldığı tamaşalardan fraqmentlər nümayiş etdirilib. Sonra qonaqlar İlham Əsgərovun xatirəsinə həsr olunan “Qürbətdən gələn məktublar” tamaşasına baxıblar. Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dramın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əjdər Həmidov, Əməkdar artistlər Kazım Abdullayev, ElşənCəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edib.
Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını vaxtilə Xalq artisti İlham Əsgərov canlandırıb.