Meteorit Yaponiyada evin damını deşdi
    • 13-10-2018, 11:30
    • 860

Meteorit Yaponiyada evin damını deşdi

Yaponiyanlb Ayti vilayətinin Komaki şəhərində yaşayış evlərindən birinin üzərin balaca meteorit qalıqları düşüb və evin damını zədələyib. 

Bununla bağlı NHK telekanalı məlumat yayıb. 

Hadisə zamanı ev sahibləri gurultulu səs eşidiblər. Dama baxdıqda is 10, 5 və 4 santimetrlik meteorit qalıqları aşkar ediblər. 

Daşlar ekspertiza üçün Milli Elmlər Muzeyinin mütəxəssisləri tərəfindən götürülüb. Məlum olub ki, meteoritlərin 4,5 milyon yaşı var