Əməkdar artist Etibar Qasımbəyli vəfat etdi
    • 27-10-2020, 22:40
    • 1 087

Əməkdar artist Etibar Qasımbəyli vəfat etdi

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib.

News24.az xəbər verir ki, Etibar İsmayıl oğlu Qasımbəyli 23 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub.

Etibar Qasımbəyli 2010-cu ildən 2020-ci ilədək Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında repetitor vəzifəsində çalışıb.

2011-ci ildə Əməkdar artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!